Xırdalanda DƏHŞƏT: əməliyyatdan çıxan 88 yaşlı kişi özünü asdı

Xırdalanda DƏHŞƏT: əməliyyatdan çıxan 88 yaşlı kişi özünü asdı

Abşeronda intihar hadisəsi baş verib.

GununNebzi.az-
ın lent.az-ya istinadən məlumatına görə, hadisə Xırdalan şəhərində qeydə alınıb.

Şəhər sakini, 88 yaşlı Nadir Əhmədov yaşadığı evin həyətində özünü asıb.

İlkin araşdırmalar zamanı müəyyən edilib ki, N. Əhmədov son vaxtlar əməliyyat keçiribmiş.

Əməliyyatdan sonra onun bədənində dözülməz ağrılar meydana gəlibmiş.

O, bu ağrılara dözə bilmədiyi üçün özünü asıb.

Faktla bağlı araşdırma aparılır.

Tarix: 4-08-2023, 10:03 Oxunub: 10


Bölməyə aid digər xəbərlər
5-08-2021, 13:30 İki nəfər özünü asıb