Kişi özünü ekskavatordan asdı

Kişi özünü ekskavatordan asdı

Daşksəndə intihar hadisəsi baş verib.

Hadisə rayonun Çovdar kəndində qeydə alınıb.

Ağdaş rayon sakini, 1994-cü il təvəllüdlü Səbuhi Süleymanov idarə etdiyi ekskavatordan özünü asıb. Onun meyti iş yoldaşları tərəfindən asılmış vəziyyətdə tapılıb. Meyit müayinə olunmaq üçün adiyyatı üzrə təhvil verilib.

Qeyd edək ki, S.Süleymanov nişanlı olub, onun yaxın günlərdə toyu olacaqdı. Mərhumun hansı səbəbdən intihar etdiyi məlum deyil. S.Süleymanov şirkətlərin birində ekskavator sürücüsü işləyib. Faktla bağlı araşdırma aparılır./APA

Tarix: 12-08-2023, 08:57 Oxunub: 26


Bölməyə aid digər xəbərlər