21:34 / 29-11-2024
İstanbulda saxta içkidən kütləvi zəhərlənmə - Ölənlər var
21:32 / 29-11-2024
Zelenski onu vəzifəsindən azad etdi
16:01 / 29-11-2024
Bakı metrosunda qatarların hərəkət qrafiki dəyişir
15:59 / 29-11-2024
AZAL Tel-Əviv istiqamətində uçuşları bərpa edir
15:56 / 29-11-2024
Mahnı qalmaqalına görə işdən çıxarılan direktor vəzifəyə bərpa edildi
15:51 / 29-11-2024
Sumqayıtda kanalizasiya sistemi yenidən qurulur - 41 milyonluq müqavilə
15:49 / 29-11-2024
Parlamentdə sektor müdiri təyin edildilər - Foto
14:10 / 29-11-2024
Qızıl qaçaqmalçılığı ilə bağlı daha bir nəfər Türkiyədə saxlanıldı
14:09 / 29-11-2024
DTX 70 kq qızılla saxlanılan diplomatla bağlı - Məlumat yaydı
14:03 / 29-11-2024
Onları 5 ilədək həbs gözləyir
14:02 / 29-11-2024
Heyvanlarla bağlı həmin qərar qəbul edildi!
13:44 / 29-11-2024
Uşaqlarla bağlı bu qanunda 99 edilir
13:35 / 29-11-2024
O uşaqlar üçün birdəfəlik müavinət 6000 manat oldu
10:09 / 29-11-2024
Azərbaycanın xalq artisti vəfat etdi - FOTO
10:05 / 29-11-2024
Qadın öldürüldü - 27 yaşlı ögey oğlu saxlanıldı-Yenilənib
07:11 / 29-11-2024
Netanyahu orduya "tammiqyaslı müharibə" əmri verib
00:43 / 29-11-2024
DSX-da müəmmalı əsgər ölümü: Həbs edilən var
00:41 / 29-11-2024
Flora Kərimova Səhiyyə Nazirliyini məhkəməyə verdi
00:36 / 29-11-2024
İsrail bu qadağanı aradan qaldırdı
21:29 / 28-11-2024
Əfqan Sadıqov Azərbaycana ekstradisiya ediləcək
21:00 / 28-11-2024
Ağadadaş Ağayev məhkəmədə özünü təqsirli bilməyib: ifadə verməyə hazır olmadığını deyib
20:57 / 28-11-2024
Rusiya bu gecə Ukraynaya 90 raket zərbəsi endirib
20:54 / 28-11-2024
Şantajda ittiham edilən 4 sayt rəhbəri həbs edildi
20:51 / 28-11-2024
Beynəlxalq axtarışda olanlar Bakı aeroportunda saxlanıldı
20:49 / 28-11-2024
Ukraynaya “Patriot”lar göndərdilər
14:48 / 28-11-2024
ABŞ Ukraynaya 725 milyonluq yardım paketi hazırlayır
14:46 / 28-11-2024
Prezident ailəsi ilə Mərkəzi Nəbatat Bağının açılışında - Fotolar
14:41 / 28-11-2024
Oğlundan sonra qardaşının da federasiyası ləğv edildi
13:24 / 28-11-2024
Lamiyə Vəliyeva afrikalı idmançı ilə evləndi
13:19 / 28-11-2024
Azərbaycanın dövlət borcu açıqlandı
13:14 / 28-11-2024
“Sosial yardım insanları ələbaxım öyrədib”
13:13 / 28-11-2024
Yeni ildə iş və istirahət günlərinin yeri dəyişdirildi
Ərini əvvəlcə “siçan dərmanı” ilə öldürmək istədi - Sonradan killer tutdu
Ərinin qətlini sifariş verməkdə təqsirləndirilən Əzizə Seyidova və qətlin icraçıları - Mehdi Məmmədli, Elnur Əliyev və Bəxtiyar Fərzəliyevin cinayət işi üzrə məhkəmə istintaqı başlayıb.
GununNebzi.az“Qafqazinfo”ya istinadən məlumatına görə, Bakı Ağır Cinayətlər Məhkəməsində keçirilən iclasda ittiham aktı elan edilib.
İttihamda deyilir ki, 23 yaşlı Əzizə Seyidova həyat yoldaşı Əli Seyidlini ona xəyanət etdiyinə görə yeməyinə "siçan dərmanı" qatıb zəhərləmək istəyib. Sonradan isə fikrindən daşınıb, onu öldürtdürmək qərarına gəlib. O, ərinin qətlini tanışı Mehdi Məmmədliyə sifariş verib. Onlar birlikdə plan qurub, Ə.Seyidlinin evə gəlib-getmə vaxtlarını dəqiqləşdiriblər. 2022-ci il mart ayının 15-də Ə.Seyidova M. Məmmədli ilə əlaqə saxlayıb, ərini məhz həmin gün öldürməyi tapşırıb. Bundan sonra M. Məmmədli dostları ilə birlikdə gecə saatlarında Ə.Seyidlinin yaşadığı ünvanın yaxınlığına gələrək gözləyiblər. Ə.Seyidli evinə daxil olmaq istədikdə M.Məmmədli və dostları qarşısını kəsərək, ona 23 bıçaq zərbəsi endirməklə qətlə yetiriblər. Əzizə Seyidova elan olunan ittihamla özünü təqsirli bilməyib. Digər təqsirləndirilənlər - Mehdi Məmmədli, Elvin Əliyev və Bəxtiyar Fərzəliyev isə özlərini qismən təqsirli biliblər. M.Məmmədlinin ifadəsində məlum olub ki, o əvvəllər Rusiyada cinayət törətdiyinə görə iki dəfə məhkum edilib. O, Ə.Seyidovanı keçmiş həyat yoldaşı vasitəsilə tanıdığını, ərinin ona zülm verdiyini eşitdiyini deyib. Təqsirləndirilən şəxs zərərçəkmişi öldürmək niyyəti olmadığını bildirib:
“Hadisə günü Bəxtiyar, Elvin və mən maşında gedəndə Əli Seyidli ilə maşınla üzbəüz gəldik. Uşaqlarla birlikdə Əlinin yaşadığı küçəyə gəlib gözlədik. Elvinin bu söhbətdən ümumiyyətlə xəbəri yoxdur. Bəxtiyara dedim ki, Əli bu oğlandır. Əli maşından düşəndə onu çağırdım. Bu vaxt Üstümə hücum edib, əlimə iki dəfə bıçaqla vurdu. Uşaqlar da buna görə mənə köməyə gəldilər. Məndə bıçaq olmayıb. Əlini öldürmək fikrim də yox idi. Əli darvazadan içəri girənə kimi gözlədik, sonra hadisə yerindən uzaqlaşdıq. Əlinin öldüyünü səhəri gün Leyladan eşitdim".
Əli Seyidovun atası Yaşar Seyidov ifadəsində təqsirləndirilən şəxsin yalan danışdığını, oğlunu qəsdən öldürdüklərini deyib:
“Oğlumu təqib ediblər, həyətə gəlib dayanıblar. Əzizə bununla görüşüb. Bu qədər alçaqlıq olar? Nəyi çatmırdı axı?...” Proses sentyabrın 13-də davam etdiriləcək.
Qeyd edək ki, hadisə bu il martın 15-də Sabunçu rayonunun Maştağa qəsəbəsində baş verib. Ə.Seyidovaya Cinayət Məcəlləsinin 32.3, 32.4, 120.2.1, 120.2.4, 120.2.5-ci (qabaqcadan əlbir olan bir qrup şəxs halında, xüsusi amansızlıqla, tamah məqsədilə və sifarişlə qəsdən adam öldürməyə təhrik etmə və cinayəti təşkil etmə), Mehdi Məmmədov, Bəxtiyar Fərzəliyev və Elvin Əliyevə isə həmin Məcəllənin 120.2.1, 120.2.4, 120.2.5-ci (qabaqcadan əlbir olan bir qrup şəxs halında, xüsusi amansızlıqla, tamah məqsədilə və sifarişlə qəsdən adam öldürmə) maddələri ilə ittiham irəli sürülüb.
Bölməyə aid digər xəbərlər

Tarix: 16-08-2023, 20:23 Oxunub: 10
Bölməyə aid digər xəbərlər
24-03-2023, 13:51
Bakıda ərini sui-qəsdlə öldürən qadın və icraçılar HƏBS EDİLDİ
19-03-2023, 12:56
Əlinin qətlini arvadı təşkil edibmiş - Rəsmi
25-03-2023, 14:11
Nəzarətsiz qalan bacı-qardaş siçan dərmanı içdi
13-10-2022, 12:40
Xoşqədəm Hidayətqızının adının hallandığı məhkəmə iclasında hökm oxundu