Şərti məhkum oğurluğa görə yenidən saxlanıldı - Foto

Şərti məhkum oğurluğa görə yenidən saxlanıldı - Foto

Şirvanda fərdi yaşayış evlərinin birindən gecə saatlarında 200 manat pul və 3400 manat dəyərində qızıl-zinət əşyaları oğurlanıb.

DİN-in Mətbuat xidmətinin Şirvan regional qrupundan verilən məlumata görə, oğurluqda şübhəli bilinən şəhər sakini, bir müddət əvvəl törətdiyi oğurluğa görə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş Ehtibar Həsənov saxlanılıb.

İlkin dindirilmə zamanı E.Həsənov törətdiyi cinayəti etiraf edib. Qanunsuz yolla əldə etdiyi pul və qızıl-zinət əşyaları maddi sübut kimi ondan götürülüb.

Faktla bağlı Şirvan Şirvan Rayon Polis Şöbəsinin İstintaq Bölməsində araşdırmalar davam etdirilir.

Tarix: 21-08-2023, 15:00 Oxunub: 7


Bölməyə aid digər xəbərlər