23:06 / 20-11-2024
Hərbi qulluqçumuz vəfat etdi
Keçmiş arvadını və valideynlərini bıçaqladı

Keçmiş arvadını və valideynlərini bıçaqladı
Şəmkir rayonunda bıçaqlanma hadisəsi olub.

GununNebzi.az
“Report”a istinadən xəbər verir ki, hadisə rayonun Düyərli kəndində qeydə alınıb.

Belə ki, Düyərli kənd sakinləri, 1972-ci il təvəllüdlü İ.Hüseynov, həyat yoldaşı 1976-cı il təvəllüdlü Ş.Hüseynova və 1995-ci il təvəllüdlü N.Qənbərli mübahisə zəminində bıçaq xəsarətləri alıblar.

Xəsarət alan ər, arvad və qızı xəstəxanaya çatdırılıb, vəziyyətləri kafi və orta-ağır qiymətləndirilir.

Hadisəni törətməkdə şübhəli bilinən şəxs isə N.Qənbərlinin keçmiş həyat yoldaşıdır. İddiaya görə, o, şəxsi münasibətlər zəminində keçmiş həyat yoldaşına və onun valideynlərinə xəsarət yetirib.

Faktla bağlı araşdırma aparılır.


Tarix: 22-03-2024, 00:07 Oxunub: 2


Bölməyə aid digər xəbərlər