Dövlət sərhədini pozmağa cəhd göstərən 6 nəfər saxlanılıb.
GununNebzi.az xəbər verir ki, bu barədə Dövlət Sərhəd Xidməti (DSX) məlumat yayıb.
Bildirilib ki, “Xudat” sərhəd dəstəsinin xidməti ərazisində oktyabrın 2-si bir nəfər İran, oktyabrın 4-ü iki nəfər Əlcəzair, oktyabrın 3-ü “Şəmkir” sərhəd dəstəsinin xidməti ərazisində iki nəfər Pakistan və oktyabrın 7-si “Naxçıvan” əlahiddə sərhəd diviziyasının xidməti ərazisində bir nəfər Suriya vətəndaşının dövlət sərhədini pozma cəhdinin qarşısı sərhədçilər tərəfindən uğurla alınıb.
Araşdırma tədbirləri nəticəsində saxlanılan şəxslərin dövlət sərhədini pozaraq qeyri-qanuni yolla Avropa ölkələrinə miqrasiya etmək niyyətində olduqları müəyyən edilib.
Faktlar üzrə qeyri-leqal miqrasiya kanalının aşkarlanması istiqamətində əməliyyat-istintaq tədbirləri davam etdirilir.
Bölməyə aid digər xəbərlər