23:06 / 20-11-2024
Hərbi qulluqçumuz vəfat etdi
“FİFA və UEFA-nın qərarlarını diqqətlə təhlil etmək lazımdır”

“FİFA və UEFA-nın qərarlarını diqqətlə təhlil etmək lazımdır”

Rusiyanın idman naziri Oleq Matıtsin FİFA və UEFA-nın bu ölkənin futbol komandalarının beynəlxalq turnirlərdə, o cümlədən dünya çempionatında iştirakına icazə verməmək haqda qərarına münasibət bildirib.

GununNebzi.az
“Sport-Ekspress”ə istinadən xəbər verir ki, nazir açıqlamasında bunları deyib:

“FİFA və UEFA-nın qərarlarını diqqətlə təhlil etmək lazımdır. Bütün bu qərarların əsaslarını, hüquqi yönlərini qiymətləndirmək vacibdir. Bundan sonra biz idmançılarımızın, futbolçularımızın hüquqlarını bərpa etmək üçün əlimizdən gələni edəcəyik”.

Rusiya qoşunları fevralın 24-dən Ukraynaya hücuma keçiblər. Bu hücum bütün dünyada kəskin etirazlara səbəb olub.

Tarix: 1-03-2022, 21:12 Oxunub: 259


Bölməyə aid digər xəbərlər