23:06 / 20-11-2024
Hərbi qulluqçumuz vəfat etdi
İrandan gətirilən 8500 kq xurma yararsız çıxdı

İrandan gətirilən 8500 kq xurma yararsız çıxdı

Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi tərəfindən ölkəyə idxal olunan qida məhsullarına nəzarət tədbirləri davam etdirilir.

AQTA-dan GununNebzi.az-a verilən məlumata görə, həyata keçirilən nəzarət tədbirləri çərçivəsində fiziki şəxs Nəsirov İrşad Həbib oğlu tərəfindən İrandan ölkəmizə idxal edilən qurudulmuş xurma məhsuluna Agentliyin müfəttişləri tərəfindən baxış keçirilib. Baxış zamanı 8435.2 kq “Atlas” əmtəə nişanlı qurudulmuş xurma məhsulunun istifadə müddətinin bitdiyi aşkarlanıb.

Aşkar olunmuş faktla bağlı qanunvericiliyin tələblərinə uyğun müvafiq tədbirlər görülüb.

Tarix: 22-03-2021, 22:33 Oxunub: 243


Bölməyə aid digər xəbərlər