23:06 / 20-11-2024
Hərbi qulluqçumuz vəfat etdi
Elektrik enerjisindən qanunsuz istifadənin qarşısını almaq üçün qanuna dəyişiklik edilsin - Elman Nəsirovdan TƏKLİF

Elektrik enerjisindən qanunsuz istifadənin qarşısını almaq üçün qanuna dəyişiklik edilsin - Elman Nəsirovdan TƏKLİF“Elektrik enerjisinin talan olunması və enerjidən qanunsuz istifadə hallarının qarşısının alınması məqsədilə sahibkarlarla bağlı qanunvericiliyə dəyişiklik edilməlidir”.

GununNebzi.az-ın məlumatına görə, bunu Milli Məclisin bu gün keçirilən iclasında deputat Elman Nəsirov deyib.

Deputat təklif edib ki, enerji qaz, su təchizatı müəssisələrinin səlahiyyətli nümayəndələri tərəfindən təchizat müəssisələrinin balansında olan ötürülmə vasitələrinə baxış keçirilsin və həmin vasitələrə nəzarət edilməklə qanunsuz istifadə edilmə hallarının rəsmiləşdirilməsi həyata keçirilsin: “Sahibkarlıq sahəsində yoxlamalar aparmaq səlahiyyəti dövlət orqanı və ya publik hüquqi şəxslərə verilir. “Azərişıq” ASC-yə isə yoxlama aparmaq səlahiyyəti verilmir. “Azərişıq” ASC müqavilə tərəfdaşı olan sahibkarlar və istehlakçılar üzərində hər hansı nəzarət mexanizmi olmadığından bunu həyata keçirə bilmir. Aparılan təhlillər onu göstərir ki, elektrik enerjisinin talan olunması, adətən, gecə saatlarında və qeyri-iş günlərində fasiləsiz olaraq sahibkarlıq fəaliyyəti ilə məşğul olan obyektlər tərəfindən edilir. Belə olan halda enerjinin talan olunması faktlarının keçirilən reydlərdə aşkar olunması mümkün deyil”.


Tarix: 23-02-2021, 17:12 Oxunub: 207


Bölməyə aid digər xəbərlər