23:06 / 20-11-2024
Hərbi qulluqçumuz vəfat etdi
Prezident büdcədən 2,2 milyon ayırdı

Prezident büdcədən 2,2 milyon ayırdı

Azərbaycan Prezidenti İlham Əliyev Ağstafa rayonunun Böyük Kəsik–Ağgöl avtomobil yolunun tikintisi ilə bağlı tədbirlər haqqında sərəncam imzalayıb.

GununNebzi.az
xəbər verir ki, sərəncama əsasən, iki min nəfər əhalinin yaşadığı 2 yaşayış məntəqəsini birləşdirən Böyük Kəsik–Ağgöl avtomobil yolunun tikintisi məqsədilə “Azərbaycan Respublikasının 2021-ci il dövlət büdcəsində dövlət əsaslı vəsait qoyuluşu (investisiya xərcləri) üçün nəzərdə tutulan vəsaitin bölgüsü”nün 1.1.14-cü yarımbəndində göstərilmiş məbləğin 2,2 milyon (iki milyon iki yüz min) manatı Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə ayrılıb.

Maliyyə Nazirliyi bu Sərəncamın 1-ci hissəsində göstərilən məbləğdə maliyyələşməni təmin edəcək.

Nazirlər Kabinetinə bu Sərəncamdan irəli gələn məsələləri həll etmək tapşırılıb.

Tarix: 2-08-2021, 17:33 Oxunub: 103


Bölməyə aid digər xəbərlər