23:06 / 20-11-2024
Hərbi qulluqçumuz vəfat etdi
Teymur Musayevdən koronavirus laboratoriyaları ilə bağlı - Açıqlama

Teymur Musayevdən koronavirus laboratoriyaları ilə bağlı - Açıqlama

“Koronavirus tez-tez mutasiyaya uğrayır. Yeni ştamlar yaranır. Həmin yeni ştamlara yoluxarkən müxtəlif kliniki gedişata malik olan xəstəliklər də öz xüsusiyyətini dəyişir. Bununla bağlı görülən tibbi tədbirlər dəyişmiş ola bilir”.

GununNebzi.az
xəbər verir ki, bunu AZTV-nin efirində yayımlanan “Hədəf” verilişində səhiyyə nazirinin birinci müavini, səhiyyə naziri vəzifəsini müvəqqəti icra edən Teymur Musayev deyib.

T.Musayev qeyd edib ki, COVID-19 xəstəliyinin diaqnostikasında qızıl standart kimi qəbul edilmiş zəncirvari reaksiya üsulu var:

“Çox qısa bir müddətdə sırf COVID-19 diaqnostikası üçün hazırlanmış 50-dən çox laboratoriya işə salınıb. Mövcud olan şəbəkəyə qoşulub. Həmin laoratoriyalar mərkəzi şəhərlərdə yox, regionlarda fəaliyyət göstərir.

Yeni klinikaların və modul tipli xəstəxanaların əks-pandemik tədbirlərə cəlb olunması onu göstərdi ki, ölkə başçımızın yeritdiyi səhiyyə siyasəti və həmin siyasətin mərkəzində duran Azərbaycan vətəndaşının sağlamlığının qorunmasıdır”.

Tarix: 18-12-2021, 23:40 Oxunub: 216


Bölməyə aid digər xəbərlər