23:06 / 20-11-2024
Hərbi qulluqçumuz vəfat etdi
Bayramovla Çavuşoğlu Brüssel görüşünü müzakirə etdilər

Bayramovla Çavuşoğlu Brüssel görüşünü müzakirə etdilər

Bu gün Azərbaycan və Türkiyə xarici işlər nazirləri Ceyhun Bayramovla Mevlüt Çavuşoğlu arasında telefon danışığı baş tutub.

GununNebzi.az
XİN-ə istinadən xəbər verir ki, nazirlər bölgədə mövcud olan son vəziyyət, o cümlədən üçtərəfli bəyanatların icrası üzrə fikir mübadiləsi aparıblar.

Tərəflər, Azərbaycan və Ermənistan arasında münasibətlərin normallaşması məsələləri və bu xüsusda, Brüsseldə keçirilmiş yüksək səviyyəli görüşü müzakirə ediblər.

Telefon danışığı zamanı, həmçinin Ukraynada və ətrafındakı vəziyyət, çoxtərəfli platformalarda əməkdaşlıq və qarşılıqlı maraq doğuran digər məsələlər müzakirə mövzusu təşkil edib.

Tarix: 8-04-2022, 17:02 Oxunub: 145


Bölməyə aid digər xəbərlər