23:06 / 20-11-2024
Hərbi qulluqçumuz vəfat etdi
Parlamentdə “Sputnik”in bağlanması təklif edildi

Parlamentdə “Sputnik”in bağlanması təklif edildi

Milli Məclisdə “Sputnik” İnformasiya Agentliyinin Azərbaycandakı nümayəndəliyinin fəaliyyətinin dayandırılması təklif edilib.

GununNebzi.az
xəbər verir ki, belə bir təkliflə deputat Vahid Əhmədov çıxış edib.

“Bu agentliyin müəyyən dezinformasiya ilə məşğul olmasına baxmayaraq, hələ də fəaliyyət göstərir. Bu agentliyin Azərbaycanda fəaliyyəti dayandırılmalıdır. Mən Mətbuat Şurası, Media Agentliyinə müraciət edirəm ki, “Sputnik” agentliyinin fəaliyyəti araşdırılsın və onun fəaliyyətinə qadağa qoyulsun”, - deyə deputat vurğulayıb.

O, xatırladıb ki, Rusiyada Azərbaycanın xəbər saytlarına qadağa qoyulub.

“Qafqazinfo”

Tarix: 26-04-2022, 11:54 Oxunub: 25


Bölməyə aid digər xəbərlər