23:06 / 20-11-2024
Hərbi qulluqçumuz vəfat etdi
DTX rəisi Beynəlxalq Qızıl Xaç Komitəsinin ölkəmizdəki nümayəndəsi ilə görüşdü

DTX rəisi Beynəlxalq Qızıl Xaç Komitəsinin ölkəmizdəki nümayəndəsi ilə görüşdü

Bu gün Dövlət Təhlükəsizliyi Xidmətinin rəisi, Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının sədri Əli Nağıyev Beynəlxalq Qızıl Xaç Komitəsinin (BQXK) Azərbaycandakı nümayəndəliyinin rəhbəri Draqana Koiçi qəbul edib.

GununNebzi.az
xəbər verir ki, bu haqda Dövlət Təhlükəsizliyi Xidməti məlumat yayıb.

Bildirilib ki, Dövlət Komissiyasının sədri Əli Nağıyev görüşdə BQXK-nin ölkəmizdə həyata keçirdiyi humanitar missiya, Ermənistanın təcavüzkar siyasəti nəticəsində Qarabağ müharibələri zamanı itkin düşmüş vətəndaşlarımızın taleyinin müəyyənləşdirilməsi və axtarış prosesinin davamlı olaraq intensiv şəkildə aparılması, Ermənistanın itkin vətəndaşlarımıza dair məlumatları təqdim etməməsi ilə bağlı fikirlərini bildirib, həmçinin son dövrlərdə işğaldan azad olunmuş ərazilərdə aşkarlanan Azərbaycan vətəndaşlarına məxsus meyit qalıqlarının ekshumasiyası və eyniləşdirilməsində göstərdiyi dəstəyə görə BQXK-yə minnətdarlığını ifadə edərək, Azərbaycan cəmiyyətində yüksək narahatlıqla qarşılanan yuxarıda sadalanan hallarla bağlı BQXK ilə birgə səylər sayəsində tezliklə konkret nəticələrin əldə olunacağına ümidvar olduğunu vurğulayıb.

Draqana Koiç isə öz növbəsində səmimi qarşılanmaya görə təşəkkür edib, gündəlikdə duran önəmli məsələlərin həlli istiqamətində qarşılıqlı səmərəli münasibətlər çərçivəsində vacib addımların atıldığını diqqətə çatdırmaqla BQXK-nin son zamanlarda həyata keçirdiyi tədbirlər barədə ətraflı məlumat verib.

Görüşdə eyni zamanda hər iki tərəf üçün maraq kəsb edən digər məsələlər ətrafında da geniş fikir mübadiləsi aparılıb.

Tarix: 31-10-2022, 20:27 Oxunub: 13


Bölməyə aid digər xəbərlər