12:08 / 23-11-2024
Ailə qəzaya düşdü - Ata öldü, qızı və nəvələri yaralandı
12:06 / 23-11-2024
Almaniya ilə münasibətlərdə yeni gərginlik - XİN rəhbəri Bakıda nə deyib?
07:39 / 23-11-2024
Almaniyanın xarici işlər naziri 17 illik evlilikdən sonra boşanır
07:36 / 23-11-2024
"WhatsApp"dan möhtəşəm FUNKSİYA
07:34 / 23-11-2024
“İğtişaş olsa, interneti kəsəcəyəm” - Lukaşenko
01:59 / 23-11-2024
Kanada NASAMS-ı Ukraynaya çatdırdı
01:39 / 23-11-2024
Azərbaycanlı diplomat İstanbulda 70 kiloqram qızılla saxlanıldı
01:36 / 23-11-2024
Tramp Ukrayna münaqişəsinə son verə bilər
01:34 / 23-11-2024
"Azərbaycanla sülhün bağlanması üçün hər şeyi edəcəm" - Paşinyan
20:22 / 22-11-2024
Həmin rəislər hakim qarşısına çıxarılır - Milyonlar yeyilib...
20:20 / 22-11-2024
Məktəb direktoru faciəvi şəkildə öldü
16:35 / 22-11-2024
Sevgilisini bıçaqlayıb maşınla üzərindən keçdi
16:34 / 22-11-2024
Prezidentdən nazirlə bağlı - Sərəncam
16:33 / 22-11-2024
Bayramov Berbokla görüşdü - Fotolar
15:02 / 22-11-2024
Artıq onlayn nikah bağlaya biləcəksiniz! - Video
15:00 / 22-11-2024
“Ukrayna dairəsi” ilə bağlı rəsmi açıqlama - Video
14:59 / 22-11-2024
Şirvanda ana və qızı həbs edildi
13:15 / 22-11-2024
DYP-dən küləkli hava ilə bağlı - Müraciət
13:06 / 22-11-2024
Kişi 59 yaşlı arvadını bıçaqladı
08:36 / 22-11-2024
“Üzr istəməsini tələb edirik!” - Hikmət Hacıyev
08:34 / 22-11-2024
Xəbərdarlıq zəngi Zaxarovanın brifinqini kəsdi - Video
22:49 / 21-11-2024
Yanvarın 1-dən alimentin miqdarı artırılacaq
21:04 / 21-11-2024
Binanın üzərində Rəsulzadənin sözləri olmayacaq? - Rəsmi açıqlama
12:50 / 21-11-2024
Bu xəstəxananın baş həkimi işdən çıxarıldı
12:47 / 21-11-2024
Generalın oğluna yeni vəzifə verildi
12:46 / 21-11-2024
Hesablama Palatasının sədri təkliflər verdi
23:12 / 20-11-2024
Bakıda 7 maşının iştirakı ilə ağır qəza - Xəsarət alanlar var
23:10 / 20-11-2024
AP yeni Avropa Komissiyasının bütün tərkibini təsdiqlədi
23:06 / 20-11-2024
Hərbi qulluqçumuz vəfat etdi
23:04 / 20-11-2024
Ukrayna Britaniya raketi ilə Rusiyanı vurub?
20:25 / 20-11-2024
ABŞ bu raketlərlə də Rusiyaya zərbə endirməyə icazə verib
20:16 / 20-11-2024
“Düz edib onları müəllim adından məhrum edirik”
“Komissarın bəyanatı ən azı səmimiyyətdən uzaqdır” - Azərbaycan XİN
“Dekabrın 22-si Avropa Şurasının İnsan Hüquqları üzə komissarı Dunya Miyatoviçin Laçın yolu ətrafında yaranmış vəziyyətlə bağlı bəyanatı qərəzli olmaqla yanaşı, yerdəki reallıqları əks etdirmir. Komissar görünür ki, növbəti dəfə ikili standart və selektiv yanaşma tətbiq etməkdədir”.
GununNebzi.az xəbər verir ki, bu barədə Avropa Şurasının İnsan Hüquqları üzrə komissarı Dunya Miyatoviçin Laçın yolu ətrafında vəziyyət ilə əlaqədar bəyanatına dair Azərbaycan XİN-in şərhində bildirilib.
Qeyd olunub ki, Dunya Miyatoviçin həm keçmiş münaqişə dövründə yüz minlərlə azərbaycanlının acınacaqlı humanitar vəziyyətinə və insan haqlarına, həm də 2020-ci il müharibəsindən sonra Azərbaycana qarşı humanitar hüququn kütləvi pozuntularına diqqət yetirməməsi fonunda, Qarabağda yaşayan erməni sakinlərin hüquqlarına dair bəyanat verilməsi Miyatoviçin məsələlərə göstərdiyi qərəzin nümunəsidir:
“Eyni zamanda, 44 günlük müharibə müddətində beynəlxalq humanitar hüququ açıq şəkildə pozmaqla Ermənistanın törətdiyi hərbi cinayətləri, münaqişə zonasından xeyli kənar şəhərlərdə mülki əhaliyə qarşı hücumları, müharibədən sonra 276 azərbaycanlının mina qurbanı olması ilə nəticələnən mina təhdidlərini və bununla məcburi köçkünlərin evlərinə qayıtmasına törədilən maneələri Miyatoviçin göz ardına aldığı məlumdur. Bu xüsusda, komissarın sözügedən bəyanatı ən azı səmimiyyətdən uzaqdır.
Bununla yanaşı, Azərbaycanın təbii sərvətlərinin qanunsuz istismarının, bu sərvətlərin Azərbaycandan Ermənistana daşınması və yalnız humanitar məqsədlər üçün nəzərdə tutulmuş Laçın yolundan sui-istifadə hallarının qarşısının alınması tələbi ilə Laçın yolunda dinc etirazlara Miyatoviç tərəfindən qərəzli mövqe nümayiş etdirilməsi anlaşılan deyil.
Bundan əlavə, komissara xatırlatmaq istərdik ki, bəyanatında bəhs etdiyi “Dağlıq Qarabağ əhalisi” anlayışı mövcud deyil. Keçmiş “Dağlıq Qarabağ”ın azərbaycanlı əhalisi məhz Ermənistanın bədnam etnik təmizləmə siyasəti nəticəsində bu ərazilərdən qovulub və hazırda Rusiya sülhməramlılarının müvəqqəti yerləşdiyi ərazilərdə yaşayan erməni sakinlər əhalinin bütün seqmentlərini təmsil etmir.
Xarici İşlər Nazirliyinin son bir neçə gün ərzində verdiyi bəyanatlarda qeyd edildiyi kimi, guya Laçın yolunun bağlanması, bölgədə “humanitar fəlakət” yarandığı barədə Miyatoviçin təkrarladığı iddialar eynilə əsassızdır. Yerli sakinlərin istifadəsi üçün malların tədarükü və ya zəruri tibbi xidmətlərin göstərilməsi ilə bağlı heç bir maneə yoxdur. Fakt budur ki, ötən günlərdə Rusiya sülhməramlı kontingentinin və Beynəlxalq Qırmızı Xaç Komitəsinin (BQXK) konvoyları, erməni təcili tibbi maşınları daxil olmaqla, bir sıra nəqliyyat vasitələri heç bir maneə olmadan yoldan keçib. Azərbaycan hökuməti həmçinin erməni sakinlərinin üzləşə biləcəyi bütün humanitar ehtiyacları operativ şəkildə həll etməyə hazır olduğunu dəfələrlə bəyan edib.
Beləliklə də, Avropa Şurasının komissarı növbəti dəfə işinin müstəqilliyi və qərəzsizliyini şübhə altına alıb. Bununla yanaşı, komissarın bəyanatı bölgədə sülh və əmin-amanlığa töhfə vermir.
Bir daha, komissarı mandatının tələb etdiyi kimi qərəzsiz olmağa və Avropa Şurasının nüfuzuna xələl gətirəcək hərəkətlərdən və açıqlamalardan çəkinməyə çağırırıq”, - bəyanatda vurğulanıb.
(Qafqazinfo)
Bölməyə aid digər xəbərlər

Tarix: 23-12-2022, 12:31 Oxunub: 15
Bölməyə aid digər xəbərlər
27-04-2021, 14:46
Rəsmi Bakıdan Avropa Şurasının insan hüquqları üzrə komissarına - Cavab
19-08-2022, 22:57
Avropa Məhkəməsi Ermənistanın Azərbaycana qarşı vəsatətini rədd etdi
13-12-2022, 23:14
Rəsmi Bakı: Azərbaycan erməni sakinlərin humanitar ehtiyaclarını qarşılamağa hazırdır
20-12-2022, 12:04
Azərbaycan Ermənistanı məhkəməyə verdi: Laçın, Zabux, Sus...
25-02-2021, 13:48
Azərbaycan XİN-dən Lüksemburqun xarici işlər nazirinə CAVAB