23:06 / 20-11-2024
Hərbi qulluqçumuz vəfat etdi
Bayramov Çavuşoğlu ilə sülh sazişi üzrə son danışıqları müzakirə etdi

Bayramov Çavuşoğlu ilə sülh sazişi üzrə son danışıqları müzakirə etdi

Bu gün Azərbaycan və Türkiyə xarici işlər nazirləri Ceyhun Bayramovla Mevlüt Çavuşoğlu arasında telefon danışığı baş tutub.

GununNebzi.az
XİN-ə istinadən xəbər verir ki, telefon danışığı zamanı xarici işlər nazirləri Azərbaycanla Türkiyə arasında gündəlikdə duran ikitərəfli və çoxtərəfli əməkdaşlıq məsələləri, habelə mövcud regional vəziyyət ətrafında fikir mübadiləsi aparıblar.

Nazirlər, həmçinin Azərbaycanla Ermənistan arasında sülh sazişi layihəsi üzrə aparılmış son danışıqları müzakirə ediblər.

Tərəflər telefon danışığı zamanı qarşılıqlı maraq doğuran digər məsələlərə toxunublar.

Tarix: 5-05-2023, 15:18 Oxunub: 10


Bölməyə aid digər xəbərlər