02:07 / 24-11-2024
Çingiz Şəfiyev vəfat etdi
02:04 / 24-11-2024
Prezidentdən daha bir FƏRMAN
“Niyə 182 milyonu nazirlik ödəməlidir?!”

“Niyə 182 milyonu nazirlik ödəməlidir?!”

“Hər bir şeyin dövlətin üzərinə qoyulması doğru deyil”.

GununNebzi.az
xəbər verir ki, bu fikirləri deputat Fazil Mustafa Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclasında büdcə müzakirəsi zamanı bildirib.

““Tərtər işi”nə görə məhkəmə 182 milyon manat vəsait öhdəlik qoyub. Bunu Maliyyə Nazirliyi verməlidir. Niyə bunu nazirlik ödəməlidir?! Bu cinayəti kim törədibsə, həmin məbləğ onların üzərinə qoyulmalıdır. Hər şeyin yolunu daha dərin tapmalıyıq ki, yük dövlətin üzərindən azalsın”, - deyə deputat vurğulayıb.

F.Mustafa qiymət artımlarından danışarkən qeyd edib ki, xaricdən aldığımız ərzaq məhsullarının qiyməti günbəgün artır: “İkirəqəmli inflyasiya nə qədər aşağı salınmış olsa da, indiki vəziyyətdə manatın dəyəri xeyli aşağı düşüb. Bunun üzərində düşünməliyik”.

Tarix: 2-11-2023, 15:27 Oxunub: 22


Bölməyə aid digər xəbərlər