Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Bakı şəhəri Sabunçu rayonunun Nardaran qəsəbəsində yerləşən tarixmədəniyyət qoruğu haqqında Əsasnamənin təsdiq edilməsi barədə” 1992-ci il 3 iyul tarixli 375 nömrəli, “Azərbaycan Respublikasının “Xınalıq” Dövlət tarix-memarlıq və etnoqrafiya qoruğunun, “Keşikçidağ” Dövlət tarix-mədəniyyət qoruğunun və “Atəşgah məbədi” Dövlət tarix-memarlıq qoruğunun əsasnamələrinin təsdiq edilməsi haqqında” 2008-ci il 19 sentyabr tarixli 220 nömrəli və “Yanar dağ” dövlət tarix-mədəniyyət və təbiət qoruğunun bəzi məsələləri barədə” 2008-ci il 22 sentyabr tarixli 227 nömrəli qərarlarında dəyişiklik edilib.
GununNebzi.az xəbər verir ki, Bu barədə Baş nazir Əli Əsədov Qərar imzalayıb.
Azərbaycan Respublikası Konstitusiyasının 119-cu maddəsinin səkkizinci abzasını rəhbər tutaraq Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:
1. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1992-ci il 3 iyul tarixli 375 nömrəli Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2006, № 6, maddə 575; 2016, № 9, maddə 1557) ilə təsdiq edilmiş “Bakı şəhəri Sabunçu rayonunun Nardaran qəsəbəsində yerləşən tarix-mədəniyyət qoruğu haqqında Əsasnamə”nin 13-1-ci hissəsi aşağıdakı redaksiyada verilsin: “13-1. Reklam qurğuları (reklam) qoruğun ərazisində və onun mühafizə zonasında, memarlıq abidələrinin (binalarının) fasadlarında (divarlarında, hasarlarında) və dam örtüklərində “Reklam haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada yerləşdirilə bilər.”.
2. “Azərbaycan Respublikasının “Xınalıq” Dövlət tarixmemarlıq və etnoqrafiya qoruğunun, “Keşikçidağ” Dövlət tarixmədəniyyət qoruğunun və “Atəşgah məbədi” Dövlət tarix-memarlıq qoruğunun əsasnamələrinin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il 19 sentyabr tarixli 220 nömrəli Qərarında (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2008, № 9, maddə 867; 2016, № 9, maddə 1558) aşağıdakı dəyişikliklər edilsin:
2.1. həmin Qərarla təsdiq edilmiş “Azərbaycan Respublikasının “Xınalıq” Dövlət tarix-memarlıq və etnoqrafiya qoruğunun Əsasnaməsi”nin 3.7-ci bəndi aşağıdakı redaksiyada verilsin:
“3.7. Reklam qurğuları (reklam) qoruğun ərazisində və onun mühafizə zonasında, memarlıq abidələrinin (binalarının) fasadlarında (divarlarında, hasarlarında) və dam örtüklərində “Reklam haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada yerləşdirilə bilər.”;
2.2. həmin Qərarla təsdiq edilmiş “Azərbaycan Respublikasının “Keşikçidağ” Dövlət tarix-mədəniyyət qoruğunun Əsasnaməsi”nin 3.7-ci bəndi aşağıdakı redaksiyada verilsin:
“3.7. Reklam qurğuları (reklam) qoruğun ərazisində və onun mühafizə zonasında, memarlıq abidələrinin (binalarının) fasadlarında (divarlarında, hasarlarında) və dam örtüklərində “Reklam haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada yerləşdirilə bilər.”;
2.3. həmin Qərarla təsdiq edilmiş “Azərbaycan Respublikasının “Atəşgah məbədi” Dövlət tarix-memarlıq qoruğunun Əsasnaməsi”nin 3.7-ci bəndi aşağıdakı redaksiyada verilsin:
“3.7. Reklam qurğuları (reklam) qoruğun ərazisində və onun mühafizə zonasında, memarlıq abidələrinin (binalarının) fasadlarında (divarlarında, hasarlarında) və dam örtüklərində “Reklam haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada yerləşdirilə bilər.”.
3. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il 22 sentyabr tarixli 227 nömrəli Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2008, № 9, maddə 873; 2016, № 9, maddə 1553) ilə təsdiq edilmiş “Yanar dağ” dövlət tarix-mədəniyyət və təbiət qoruğu haqqında Əsasnamə”nin 3.7-ci bəndi aşağıdakı redaksiyada verilsin:
“3.7. Reklam qurğuları (reklam) qoruğun ərazisində və onun mühafizə zonasında, memarlıq abidələrinin (binalarının) fasadlarında (divarlarında, hasarlarında) və dam örtüklərində “Reklam haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada yerləşdirilə bilər.”.
Bölməyə aid digər xəbərlər