Prezident İlham Əliyev Yaşar Əliyevin təltif edilməsi haqqında sərəncam imzalayıb.
gununnebzi.az xəbər verir ki, sərəncamla Azərbaycan Respublikasında milli dövlət quruculuğu işində xüsusi xidmətlərinə görə Yaşar Ədilxan oğlu Əliyev 2-ci dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edilir.
Modern.az-ın məlumatına görə, Yaşar Ədilxan oğlu Əliyev 8 sentyabr 1960-cı ildə Bakı şəhərində anadan olub.
1981-ci ildə Daxili İşlər Nazirliyinin Ali Siyasi Məktəbini bitirib.
1981-ci ildə SSR daxili qoşun hissələrində, Tbilisi şəhərində yerləşən 69-cu diviziyada, daha sonra Bakı şəhərin DİO-da müxtəlif məsul vəzifələrdə işləyib.
2011-ci ilin may ayınadək Bakı Şəhər Baş Polis İdarəsi rəisinin müavini vəzifəsində çalışıb.
2011-ci ildən 2010-ci ilə kimi Azərbaycan Respublikası Daxili İşlər Nazirliyində Baş Mühafizə İdarəsinin rəisi vəzifəsini tutub.
2020-ci ilin mayında Prezident Administrasiyasının Hərbi məsələlər şöbəsinə müdir müavini təyin olunub və həqiqi hərbi xidmətə qəbul olunub, eləcə də general-leytenant hərbi rütbəsi verilib.
1995-ci ildə “İgidliyə görə” medalı ilə təltif edilib.
Ailəlidir, bir övladı var.
Bölməyə aid digər xəbərlər