Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinə məxsus "Azərpoçt" MMC-nin İdarə heyətinin sədri İsi Mustafayevə yeni müşavir təyin edilib.
GununNebzi.az-ın Qaynarinfo-ya istinadən məlumata görə, Sübhan Kazımov 04.09.2024-cü il tarixindən İdarə Heyəti sədrinin müşaviri təyin olunub.
Ə
"Azərpoç" MMC-nin İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Afaq İbrahimova xəbərimizi təsdiqləyib.
Qeyd edək ki, ötən ay Sübhan Kazımov "Azərpoçt" MMC-nin İdarə Heyətinin üzvlüyündən azad edilib. O, 2022-ci ilin may ayına qədər "Azərpoçt" MMC-nin baş direktorun müavini, sözügedən qurumda idarəetmə forması dəyişdikdən sonra İdarə Heytənin üzvü olub.
Xatırladaq ki, Sübhan Kazımov Yeni Azərbaycan Partiyasının və Milli Məclisin sədr müavini Əli Əhmədovun bacısı oğludur.
Bölməyə aid digər xəbərlər