23:06 / 20-11-2024
Hərbi qulluqçumuz vəfat etdi
Birinci vitse-prezidentin köməkçisindən ermənilərin ölkəmizə qarşı terroru ilə bağlı AÇIQLAMA

Birinci vitse-prezidentin köməkçisindən ermənilərin ölkəmizə qarşı terroru ilə bağlı AÇIQLAMA“Təssüflər olsun ki, Ermənistanın Azərbaycana qarşı törətdiyi cinayətlərə qarşı tədbir görülmür”.

GununNebzi.az-ın müxbirinin məlumatına görə, bunu Birinci vitse-prezidentin köməkçisi Elçin Əmirbəyov cəbhədə baş verən hadisələrlə bağlı keçirilən brifinqdə çıxışı zamanı bildirib.

Onun sözlərinə görə, hər kəs Ermənistanın Gəncədə mülki insanlara qarşı törətdiyi cinayətlərin şahidi oldu:

“Azərbaycan öz əhalisinin təhlükəsizliyini təmin etmək üçün beynəlxlaq qərarlar çərçivəsində lazımi tədbirlər görür. Ermənistan atəşkəs rejiminə əməl etməli, işğal altında olan ərazilərdən öz qoşunlarını çıxarmalıdır. Yalnız bu zaman münaqişə sülh yolu ilə həllin tapacaq”.

“Münaqişə sülh yolu ilə həll olunmasa, müharibə yolu ilə ərazilərimizi işğaldan azad edəcəyik”, - deyə o qeyd edib.


Tarix: 14-10-2020, 17:11 Oxunub: 187


Bölməyə aid digər xəbərlər