“Uşaq hüquqları haqqında” yeni qanun hazırlanacaq

“Uşaq hüquqları haqqında” yeni qanun hazırlanacaq

Uşaq hüquqları haqqında” yeni qanun layihəsi hazırlanacaq.

GununNebzi.az
xəbər verir ki, bu, Prezident İlham Əliyevin imzaladığı sərəncamla “Uşaqlara dair Strategiyanın həyata keçirilməsi üzrə 2020–2025-ci illər üçün Fəaliyyət Planı”na edilən dəyişiklikdə öz əksini tapıb.

Dəyişikliyə əsasən, layihənin hazırlanması müddəti 2023–2024-cü illəri əhatə edəcək.

Bununla bağlı Nazirlər Kabineti, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi və Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi məşğul olacaq.

Tarix: 9-06-2023, 17:38 Oxunub: 4


Bölməyə aid digər xəbərlər