Xəbər verdiyimiz kimi Əməkdar artist Almaz Ələsgərli erməni bəstəkarı Vigen Şakaryanın bəstələdiyi və Artur Amiryanın ifa etdiyi “Da zdarvstuet lyubov” adlı mahnını şoumen Emil Heydərovla birlikdə ifa edib.
Müğənninin sözü gedən mahnını ATV və Xəzər TV kanalında ifa etdiyi bildirilir. Müğəninin erməni mahnısını ifa etməsi təbii ki, birmənalı qarşılanmayıb.
Müğənni isə açıqlamasında əsəbiləşərək mahnının bizim olduğunu və ermənilərin isə onu bizdən oğurladığını bildirib:
“O bizim mahnıdır, biz yox, ermənilər oğrudur. Mahnını bizə hədiyyə veriblər. Vəssalam. Dediklərim bundan ibarətdir. Mən “Instaqram”a baxanda keyfim pozulur”.
Əməkdaşımızın “o mahnını bizə kim hədiyyə edib?” – sualına isə müğənni cavab olaraq, “mən bu haqda heç nə danışmaq istəmirəm” - deyərək telefonu söndürüb. (Moderator.az)
Bölməyə aid digər xəbərlər