14 dekabrdan etibarən ümumi təhsil müəssisələrinə müəllimlərin işə qəbulu müsabiqəsinin onlayn müsahibə mərhələsinə başlanılır.
GununNebzi.az Təhsil Nazirliyinin məlumatına istinadla xəbər verir ki, namizədlərin müraciəti əsasında məlumatları yoxlanıldıqdan sonra şəxsi səhifələrinə müvafiq məlumatlar göndərilib.
Qeyd edək ki, ölkə ərazisində karantin rejiminin uzadılması və əyani müsahibələrin təşkilinin mövcud tələblərə uyğun olmaması ilə əlaqədar müsabiqənin müsahibə mərhələsi onlayn formatda, MS Teams platforması üzərindən keçiriləcək. Onlayn müsahibədə iştirak edəcək namizədlərin elektron poçt ünvanına Təhsil Nazirliyi tərəfindən videomüsahibəyə qoşulmaq üçün müvafiq link göndəriləcək. Namizədlər həmin linkə daxil olaraq müsahibəyə kompüter və ya mobil telefon vasitəsilə qoşula bilərlər.
Bölməyə aid digər xəbərlər