02:07 / 24-11-2024
Çingiz Şəfiyev vəfat etdi
02:04 / 24-11-2024
Prezidentdən daha bir FƏRMAN
Emin Əmrullayev: “Dərslikləri dəyişmək baxımından daha çox vaxta ehtiyac var”

Emin Əmrullayev: “Dərslikləri dəyişmək baxımından daha çox vaxta ehtiyac var”

“Bildiyiniz kimi, bu gündən Azərbaycanın bütün təhsil müəssisələrində ənənəvi tədris bərpa olunub. Əvvəlki mərhələlərdə olduğu kimi, bu mərhələdə də istər təhsilalanlar, istərsə də təhsilverənlər, daha geniş ictimaiyyət, valideynlərlə münasibətdə qarşıda olan çağırışlara cavab verə biləcəyik”.

GununNebzi.az xəbər verir ki, Bu sözləri təhsil naziri Emin Əmrullayev AzTV-yə müsahibəsində deyib.

Nazir qeyd edib ki, ən əsası təhsilalanların keyfiyyətli şəkildə tədrisini təşkil edə bilməkdir:

“Builki tədris ili əvvəlkilərdən bir neçə xüsusiyyətinə görə fərqlənir. Bu il Azərbaycan məktəblərində tədris ölkənin ərazi bütövlüyü təmin olunduqdan sonra ilk dəfədir ki, açılır. Buna qədər biz Qarabağ və ölkənin ərazi bütövlüyü mövzusunda şagird və tələbələri təlimatlandırırdıqsa, hazırda Zəfərdən sonrakı dövrdə təhsilin məzmununu, dərslikləri dəyişmək baxımından bizim daha çox vaxta ehtiyacımız var”.

“Bildiyiniz kimi bu tədris ili Zəfər ili elan olunub. Bununla bağlı müxtəlif tədbirlər, müsabiqələr keçirməyi düşünürük. Zəfər tariximizə həsr olunan ümumrespublika müsabiqəsini qeyd etməliyik. Müsabiqənin qalibləri Zəfər günündə elan ediləcək. Bundan başqa, biz məktəblərdə “Zəfər tarixi” adlı fakültativ məşğələ keçirəcəyik. Bu, dərsdənkənar olacaq, ayrıca bir fənn şəklində tədris olunmayacaq. Artıq lazımi materiallar məktəblərə göndərilib”, - deyə Emin Əmrullayev bildirib.

Tarix: 29-09-2021, 22:07 Oxunub: 215


Bölməyə aid digər xəbərlər