Paytaxtın Nəsimi rayonu, Rəşid Behbudov küçəsində, bahalı avtomobilin sürücüsü maşının şüşələrinə plyonka vurduğu üçün saxlanılıb.
GununNebzi.az-ın unikal -a istinadən məlumatına görə, “Mercedes Maybach” markalı, 10-RF-010 dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü polis əməkdaşlarına müqavimət göstərməyə cəhd edib.
Məsələ ilə bağlı Bakı şəhər Dövlət Yol Polisi İdarəsinin Hərəkətin təhlükəsizliyinin təbliği və ictimai qurumlarla əlaqə bölməsinin rəisi, polis kapitanı Toğrul Nəsirli bildirib ki, “Mercedes” markalı 10-RF-010 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin sürücüsü nəqliyyat vasitəsinin ban şüşələrinə qanunla tətbiqinə icazə verilməyən örtüklər çəkdiyi üçün ərazidə xidmət aparan yol polisi əməkdaşları tərəfindən saxlanılıb.
“O, “saxla” əmrinə məhəl qoymayaraq hərəkətini davam etdirib. Görülən tədbirlər nəticəsində həmin nəqliyyat vasitəsi saxlanılaraq cərimə meydançasına yerləşdirilib. Məsələ ilə bağlı ətraflı məlumat veriləcək. Sürücünün şəxsiyyəti araşdırılır”, - deyə qurum rəsmisi qeyd edib.
Bölməyə aid digər xəbərlər