21:47 / 24-11-2024
Bu da xatirə - Fotosu
02:07 / 24-11-2024
Çingiz Şəfiyev vəfat etdi
02:04 / 24-11-2024
Prezidentdən daha bir FƏRMAN
Neftçalada aprel şəhidinin küçəsi niyə bu günə kimi təmir olumayıb?- Vaxtında icra başçısına deyilib-FOTOLAR

Neftçalada aprel şəhidinin küçəsi niyə bu günə kimi təmir olumayıb?- Vaxtında icra başçısına deyilib-FOTOLAR


2016-cı il Şanlı aprel döyüşlərində şəhid olan gizir Elimdar Səfərovun ata evinlərinin həyətində muzeyi tikilir. Muzeyin bütün xərclərini isə şəhidin qardaşı Elizbar Səfərov öz üzərinə götürüb.

E.Səfərov Moderator.az-ın əməkdaşılya söhbəti zamanı ev muzeyinin şəhidin doğum gününə qədər hazır olacağını bildirib. Bu gün də şəhid ailəsi insanlar tərəfindən ziyarət edildiyi üçün onlar şəhidə aid əşyaların ayrıca muzeydə saxlanılmasına görə belə bir addım atdıqlarını deyib.

Şəhid qardaşı küçə yollarının bərbad vəziyyətdə olduğunu buranın qış aylarında keçilməz olduğunu bildirib. Onun sözlərinə bununla bağlı dəfələrlə aidiyyatı qurumlara müraciət etsələr də, heç kim şəhidin küçəsini təmir etməyib. Fotolardan da aydın olur ki, yol bərbad vəziyyətdədir buranın qış fəslinə qədər təmirə ehtiyacı var.



Elizbar Səfərov saytımıza bunları deyib:

“Şəhid qardaşımın adının yaşadılması üçün əlimdən gələni edirəm. Özüm və dostlarımın köməyi ilə yaşadığımız Aşağı Qaramanlı kəndində Şəhidlər parkı salmışıq. Qardaşımın sığorta puluyla kənd məscidini təmir etdirmişik. İndi isə şəhid muzeyinin tikilməsi üçün işə başlamışıq. Bizim ən böyük problemimiz isə yaşadığımız küçənin yoludur. Şəhidin evinə gedən yol bu vəziyyətdə olmaz axı, evimizə qonaq gələndə utanırıq. Dəfələrlə müraciətlər etmişik, amma təəssüf ki, heç kim yolun təmirini həyata keçirməyib”.



Məsələylə bağlı əməkdaşımız Aşağı Qaramanlı kənd icra nümayəndəsi İsmayıl Yaqubovla əlaqə saxlayıb. İ.Yaqubov da bununla bağlı əvvəllər rayon İcra Hakimiyyətinə məlumat verdiyini bildirib:

“Yolun vəziyyətindən xəbərimiz var. Əvvəllər bununla bağlı hazırda həbsdə olan icra başçısı İsmayıl Vəliyevə və onun birinci müavininə məlumat vermişdim. İndi isə özünüz bilirsiniz ki, rayonda vəziyyət qarışıb və necə olacaq özümüz də bilmirik. Mənim isə icra nümayəndəsi olaraq elə bir imkanım yoxdur ki, yolu təmir edim. Mən də istəyirəm ki, şəhid ailəsinin yolu təmir olunsun, bölgələrdən qonaqlarımız gəlir. Heç bələdiyyəmizin də elə bir maddi imkanları yoxdur”.

Tarix: 29-02-2020, 12:00 Oxunub: 82


Bölməyə aid digər xəbərlər