02:07 / 24-11-2024
Çingiz Şəfiyev vəfat etdi
02:04 / 24-11-2024
Prezidentdən daha bir FƏRMAN
Nazirlik əməkdaşları Vətən müharibəsinin qazisi ilə görüşdü

Nazirlik əməkdaşları Vətən müharibəsinin qazisi ilə görüşdüƏmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin əməkdaşları Vətən müharibəsində yaralanmış Rüstəm Məmmədovla və onun ailə üzvləri ilə görüşüblər. Göyçay rayonu, Müskürlü kəndində yaşayan ailənin sosial vəziyyəti öyrənilib.

Bu barədə nazirliyin mətbuat katibi Fazil Talıbov məlumat verib:

“Ailəyə bildirilib ki, Rüstəmin əlilliyinin qiymətləndirilməsi üçün aidiyyəti işlər aparılacaq.
Qeyd edim ki, ona əlillik dərəcəsi təyin edildiyi halda müvafiq sosial təminat növləri üzrə aylıq ödənişlərlə (təqaüd və müavinət) təmin olunacaq”.

Qeyd olunub ki, Rüstəmin atası Ramazan Məmmədov və qardaşı Ruslan hazırda işləyirlər:

“Anası və orta məktəbi bitirmiş bacısı işsiz olduqları üçün onlara rayon ərazisində vakansiyalar, özünüməşğulluq proqramına cəlb edilmələri təklif olunub. Lakin anası yalnız kənd bağçasında işləyə biləcəyini (hazırda bağçada vakant yer yoxdur) deyib. Bacısının isə yalnız kəndlərində işləmək istəyinə uyğun olaraq ona bu istiqamətdə dəstək göstərilməsi üçün işlər görülür. Ailənin daha bir usağı isə məktəblidir”.

“Ailə istifadəsində olan, lakin hələ də Rüstəmin vəfat etmiş nənəsinin adına olan torpaq sahəsini öz adına rəsmiləşdirərsə, ünvanlı yardım üçün müraciət edə biləcək. Bu barədə də ailə üzvlərinə məlumat verilib”, - deyə nazirlik rəsmisi qeyd edib.


Tarix: 9-12-2020, 17:12 Oxunub: 184


Bölməyə aid digər xəbərlər