00:03 / 13-11-2024
Ronaldinyo Bakıya gəldi
13:31 / 11-11-2024
Quterreş Bakıdadır
Azərbaycanda karantin qaydalarını pozan vəzifəli şəxslərin sayı bilindi

Azərbaycanda karantin qaydalarını pozan vəzifəli şəxslərin sayı bilindiAzərbaycanda epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimi qaydalarının pozulmasına görə məsuliyyətə cəlb edilən vəzifəli şəxslərin sayı açıqlanıb.

Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin üzvü Nizami Səfərov Report-a bildirib ki, son 10 ayda 785 vəzifəli şəxs məsuliyyətə cəlb olunub.

Onun sözlərinə görə, bu rəqəm martın 14-dən dekabrın 14-dək olan dövrü əhatə edir.

Onlar İnzibati Xətalar Məcəlləsinin 211-ci maddəsinin (Epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimlərinin pozulması) tələblərini pozmaqda günahkar biliniblər.


Tarix: 18-12-2020, 16:22 Oxunub: 287


Bölməyə aid digər xəbərlər