Artıq bir neçə gündür ki, ölkəmizə qış fəsli qədəm qoyub. Axşam saatlarından Qubaya qar yağmağa başlayıb. Quba şəhəri də daxil olmaqla hər tərəf ağ örpəyə bürünüb.
GununNebzi.az Baku TV-yə istinadən xəbər verir ki, qarın yağması kənd yollarında sürücülər üçün bir sıra çətinliklər yaranıb. Xüsusilə Quba-Xınalıq yolunda hərəkət çətinləşib. Əraziyə texnika və canlı qüvvə cəlb olunub. Qar yoldan təmizlənib. Ən ucqar dağ kəndlərinə üz tutan sürücülər isə avtomobillərin şinlərinə zəncir bağlayaraq hərəkətə davam ediblər.
Hazırda bu istiqamətdə yol açıq olsa da, zərurət olmadığı halda sürücülərdən bu yolda hərəkət etməmələri tövsiyə olunur.
Qeyd edək ki, Quba şəhərinə üç, Qırız kəndinə 17, Xınalığa 11 santimetr qar yağıb. Xınalıqda gecə saatlarında mənfi 10 dərəcə şaxta qeydə alınıb. Güclü qar Şamaxıda da kənd yollarının bağlanmasına səbəb olub Qar əsasən rayonun dağlıq ərazilərinə yağıb. Dağ kəndlərindən olan Qaleybuğurd, Sis, Qaladərəsi və Keşmədin kəndləri ilə əlqə kəsilib. Kəndlərə avtomobillərin gediş-gəlişi məhdudlaşıb.
Bölməyə aid digər xəbərlər