20:06 / 05-11-2024
Azərbaycana qar yağır
18:25 / 05-11-2024
Flora Kərimovaya nə olub?
12:59 / 05-11-2024
Prezident Qırğızıstandadır
18:20 / 04-11-2024
18 yaşlı qız intihar etdi
18:13 / 04-11-2024
Pezeşkian Azərbaycana gəlir
Azərbaycanda erkən nikahların rekord göstəricisi qeydə alınan TARİX AÇIQLANDI

Azərbaycanda erkən nikahların rekord göstəricisi qeydə alınan TARİX AÇIQLANDI

15-19 yaşlı qızların doğuşuna görə Azərbaycanın MDB-də 1-ci yerdə olmasını Komitə belə izah etdi

MDB statistika qurumu üzv dövlətlərdə dayanıqlı inkişafa dair müqayisəli statistik hesabat açıqlayıb.

Bu barədə şərh verən iqtisadçı Rövşən Ağayev qurumun məlumatına əsasən bildirib ki, Azərbaycan 15-19 yaşlı gənc qızlar arasında doğuşa görə MDB ölkləri arasında birinci yerdədir:

“Belə ki, Azərbaycanda 15-19 yaşlı hər 10 000 nəfər qadına düşən doğuşların sayı 2018-ci ildə 442 olub. Bizdən sonra Qırğızıstan və Qazaxıstan müvafiq olaraq 239 və 359 göstəricisi ilə ilk üçlüyü tamamlayır. Ümumilikdə Ukraynanı saymasaq, 10 MDB üzvündən 8-i üzrə məlumat əlçatandır. Ən aşağı göstərici Belorus, Rusiya və Ermənistandadır (hər 10000 nəfər 15-19 yaşlı qadına 116-189 arası). Bizim göstərici bu 3 ölkədəki götəricidən yüksəkdir. Bu fakt qızların təhsildən yayındırılmasının və yüksək təhsil karyerası qurması ilə pesrpektivlərin qiymətləndirilməsi baxımından vacib göstəricidir”.

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin İnformasiya və Analitik Araşdırmalar şöbəsinin məsləhətçisi Aynur Veysəlova msələ ilə bağlı Modern.az-ın sorğusunu cavablandırıb.

A.Veysəlova bildirib ki, ölkədə erkən nikahların qarşısının alınması istiqamətində müvafiq işlər aparılır:

“Göstəricilər 15-17 yaş qrupu arasında 1,5%, 18-19 yaş qrupu arasında 8,0%, 20-24 yaş qrupu arasında 37,7%, 25-29 yaş qrupu arasında 32,1%, 30-34 yaş qrupu arasında 14,8%, 35-39 yaş qrupu arasında 4,8%-dir. Bu rəqəmlər də onu deməyə əsas verir ki, doğulan uşaqların sayı əsasən 20-24 və 25-29 yaş qrupundan olan qadınların payına düşür. Müvafiq yaş qruplarında olan hər 1000 qadına düşən diri doğulanların sayı 15-19 yaş qrupu üzrə 44,2-dir. Bu isə o deməkdir ki, 2018-ci ildə 15-19 yaş qrupu üzrə qadınlar tərəfindən diri doğulanların xüsusi çəkisi 9,5 %-dir”.

Komitə rəsmisi qeyd edib ki, Azərbaycanda nikah yaşı həm qadınlar, həm də kişilər üçün 18-dir:

“Lakin üzürlü səbəblər olduqda müvafiq icra hakimiyyəti orqanları tərəfindən 1 yaş azaldıla bilər. Ölkədə qızların təhsildən yayınması və erkən nikahların qarşısının alınması istiqamətində kifayət qədər iş aparılır, bu, ilbəil daha da gücləndirilir”.

2018-ci ilin göstəricisi: 2129

A.Veysəlovanın sözlərinə görə, Azərbaycanda 18 yaşadək nikaha girən qızların sayının ən yüksək həddi 2011-ci ildə olub:

“Həmin dövrdə belə qızların sayı 5138 idisə, Ailə Məcəlləsinə edilmiş dəyişiklik və maariflənmə işlərinin aparılması nəticəsində 2012-ci ildən bu göstəricinin azalmasını müşahidə edirik. 2018-ci ildə bu rəqəm 338 olub.

Eyni zamanda, 15-17 yaşlı qadınlar tərəfindən doğulan uşaqların sayı da 2011-ci ildə 4392 idisə, 2018-ci ildə bu rəqəm azalaraq 2129 olub.

Nikaha daxil olanların orta yaş həddini nəzərdən keçirsək görərik ki, əgər 2000-ci ildə nikaha daxil olan kişilərin orta yaş həddi 28,4 idisə, 2018-ci ildə bu göstərici 29 olub. Müvafiq olaraq nikaha daxil olan qadınların orta yaş həddi 2000- ci ildə 23,6, 2018-ci ildə isə 24,3 olub. Buradan da belə bir nəticəyə gəlmək olar ki, hazırda qadınlar və kişilər özlərini cəmiyyətdə təsdiq etdikdən və ya hər hansı bir sahədə müəyyən yer tutduqdan sonra ailə qurmağa üstünlük verirlər. Digər MBD ölkələrindən fərqli olaraq, Azərbaycanda demoqrafik artım müsbətdir. Məsələn Rusiyada artıq son iki ildir ki, demoqrafik artım mənfidir. Ermənistanda və Belarusda da eyni vəziyyətdir”.

Tarix: 2-03-2020, 11:00 Oxunub: 51


Bölməyə aid digər xəbərlər