23:06 / 06-11-2024
Netanyahu Trampa zəng etdi
23:02 / 06-11-2024
Hərbçimiz intihar etdi
19:35 / 06-11-2024
Sabah qaz olmayacaq
14:44 / 06-11-2024
Əliyev Trampı təbrik etdi
20:06 / 05-11-2024
Azərbaycana qar yağır
18:25 / 05-11-2024
Flora Kərimovaya nə olub?
İsa Həbibbəyli vəzifəsindən azad olundu

İsa Həbibbəyli vəzifəsindən azad olunduAzərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Rəyasət Heyətinin tərkibinin formalaşdırılması istiqamətində birinci vitse-prezident vəzifələri ləğv olunub.

GununNebzi.az xəbər verir ki, bu barədə AMEA-nın yanvarın 8-də keçirilən iclasında qərar qəbul edilib.

Qərara uyğun olaraq yalnız bir birinci vitse-prezident vəzifəsi təsis olunub.

Belə ki, akademiklər İsa Həbibbəyli və İbrahim Quliyev AMEA-nın birinci vitse-prezidenti vəzifəsindən azad edilib. Onlar AMEA-nın vitse-prezidenti vəzifəsinə seçiliblər.

AMEA-nın birinci vitse-prezidenti vəzifəsinə isə akademik Dilqəm Tağıyev seçilib.

D.Tağıyev daha əvvəl AMEA-nın vitse prezidenti vəzifəsini icra edib.

Beləliklə, AMEA-da yalnız bir birinci vitse-prezidenti vəzifəsi yaradılıb və vitse-prezidentlərin sayı artırılıb.

Hazırda AMEA-nın vitse-prezidentləri aşağıdakılardır:

- Akademik İsa Həbibbəyli
- Akademik İbrahim Quliyev
- Akademik Nərgiz Paşayeva
- Akademik Tofiq Nağıyev,
- Akademik İradə Hüseynova
- Akademik Rasim Əliquliyev
//Report


Tarix: 9-01-2021, 09:23 Oxunub: 284


Bölməyə aid digər xəbərlər
16-07-2020, 20:31 AMEA-da yeni təyinatlar olub
10-09-2020, 17:59 Ramiz Mehdiyev təkzib etdi