21:47 / 24-11-2024
Bu da xatirə - Fotosu
02:07 / 24-11-2024
Çingiz Şəfiyev vəfat etdi
02:04 / 24-11-2024
Prezidentdən daha bir FƏRMAN
Avtomobillərin dayanma və ya durma qaydalarının pozulmasına görə cərimə tətbiqi ləğv edilir

Avtomobillərin dayanma və ya durma qaydalarının pozulmasına görə cərimə tətbiqi ləğv edilirDayanma və durma qaydalarının pozulmasına görə cərimənin tətbiq edilməsi qaydası dəyişir.

GununNebzia.az-ın məlumatına görə, bununla bağlı İnzibati Xətalar Məcəlləsinə dəyişiklik təklif edilir.

Dəyişikliyə əsasən, şəxs dayanma və ya durma qaydalarının pozulmasına görə gün ərzində təkrar inzibati məsuliyyətə cəlb oluna bilməz.

Qeyd edək ki, dayanma və ya durma qaydalarını pozmağa görə iyirmi manat məbləğində cərimə edilir.

Ümumi istifadədə olan nəqliyyat vasitələrinin dayanacaq meydançasında və ya 5.12, 5.13 yol nişanlarından 15 metrdən az yaxınlıqda digər nəqliyyat vasitələrinin dayanmasına və ya durmasına görə qırx manat məbləğində cərimə edilir.

Ümumi istifadədə olan nəqliyyat vasitəsini sərnişinləri mindirmək və ya düşürtmək üçün bu məqsədlə xüsusi olaraq müəyyən edilmiş dayanacaq meydançalarından və ya 5.12, 5.13 nişanları ilə işarələnmiş dayanacaq yerlərindən kənarda dayandırmağa görə yüz manat məbləğində cərimə edilir.


Tarix: 22-01-2021, 14:32 Oxunub: 97


Bölməyə aid digər xəbərlər