02:07 / 24-11-2024
Çingiz Şəfiyev vəfat etdi
02:04 / 24-11-2024
Prezidentdən daha bir FƏRMAN
Şuşaya getmək istəyənlərin nəzərinə - Avtobuslar bu rayonlardan çıxacaq

Şuşaya getmək istəyənlərin nəzərinə - Avtobuslar bu rayonlardan çıxacaqİşğaldan azad edilmiş şəhər və rayonlara avtobus xətləri açılacaq. Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yanında Dövlət Avtomobil Nəqliyyat Xidmətinin (DANX) İctimaiyyətlə əlaqələr sektorunun müdiri Nuridə Allahyarova belə deyib.


Onun sözlərinə görə, artıq daşıyıcı şirkətlərin müəyyən edilməsi üçün müsabiqəyə də start verilib: "İlkin mərhələdə avtobus reysləri açılacaq yerlər Horadiz, Suqovuşan, Talışkənd, Cəbrayıl və Zəngilan rayonudur. Şuşa şəhərini biz ikinci mərhələyə salmaq istəyirdik, ancaq oraya getmək istəyənlərin çoxluğunu nəzərə alaraq onu da birinci mərhələyə saldıq. Nəzərdə tutulur ki, Şuşaya Gəncədən, Beyləqandan və Yevlaxdan avtobus xətləri işləsin”.


Sfera.az xatırladır ki, Şuşaya Füzuli rayonu istiqamətindən 4 (bəzi yerlərdə 6) zolaqlı avtomagistralın ("Zəfər yolu”) çəkilişi işləri sürətlə davam edir. Cəmi iki aya yaxın vaxt ərzində yolun yatağı hazır vəziyyətə gətirilib və qrunt döşənib. Bu günlərdə yol xidməti istifadə üçün tam hazır vəziyyətə gətirilib və nəticədə Şuşaya gediş-gəliş xeyli asanlaşıb. Böyük Tağlar, Çanaxçı, Sığnax və Daşaltı kəndlərindən keçən həmin yolla Prezident İlham Əliyev də Şuşaya səfər edib.


Tarix: 25-01-2021, 21:41 Oxunub: 747


Bölməyə aid digər xəbərlər