14:44 / 06-11-2024
Əliyev Trampı təbrik etdi
20:06 / 05-11-2024
Azərbaycana qar yağır
18:25 / 05-11-2024
Flora Kərimovaya nə olub?
12:59 / 05-11-2024
Prezident Qırğızıstandadır
Kamil Zeynallı ictimaiyyəti aldatdı - Səfərbərlik Xidmətindən AÇIQLAMA

Kamil Zeynallı ictimaiyyəti aldatdı - Səfərbərlik Xidmətindən AÇIQLAMABəzi sosial şəbəkə hesablarında və xəbər saytlarında Kamil Zeynallı adlı vətəndaşın Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırışı üzrə Dövlət Xidməti tərəfindən təltif olunması barədə həqiqətə uyğun olmayan məlumatlar yayılıb.

Səfərbərlik və Hərbi Xidmətə Çağırışı üzrə Dövlət Xidmətinin İctimaiyyətlə əlaqələr şöbəsindən verilən açıqlamada həmin məlumatlar təkzib olunub:


“Bildiririk ki, həmin şəxs Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti tərəfindən heç bir medal və mükafatla təltif edilməmişdir”.

Xatırladaq ki, idmançı və bloger kimi tanınan Kamil Zeynallı sosial şəbəkələrdə yazdığı məlumatda iki medala layiq görüldüyünü bildirib. Həmin açıqlamasında K.Zeynallı Ali Baş Komandan İlham Əliyevə, Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rəisi general-polkovnik Arzu Rəhimova və onun birinci müavini general-mayor Mayıl Şahverdiyevə təşəkkür edərək, "Milli Ordu - 100" və "Vətən naminə" medallarıyla təltif olunduğunu bildirib


Onun sözlərinə görə, Vətən müharibəzi zamanı göstərdiyi fəaliyyətə görə layiq görüldüyü medalları tezliklə ona təqdim edəcəklər.

K.Zeynallı hətta həmin medalların şəklini də paylaşıb.

Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin təkzibindən sonra belə məlum olub ki, həmin medallar ona hansısa QHT-lər tərəfindən verilib.


Tarix: 5-02-2021, 13:05 Oxunub: 123


Bölməyə aid digər xəbərlər