Müdafiə Nazirliyi əsgər anasına göndərilən və sosial şəbəkələrdə yayılan məktuba aydınlıq gətirib.
GununNebzi.az xəbər verir ki, nazirlikdən məktubun tərtibatı zamanı mexaniki səhvə yol verildiyi bildirilib.
"Bildiririk ki, düzəliş olunaraq məktub valideynə yenidən göndərilib. Yol verilən mexaniki səhvə görə valideyndən üzr istəyirik", - deyə nazirliyin açıqlamasında qeyd olunur.
Qeyd edək ki, bu gün sosial şəbəkələrdə Müdafiə Nazirliyinin Tibb Baş İdarəsinin müalicə-profilaktika şöbəsinin rəisi tərəfindən Vətən müharibəsində yaralanmış hərbi qulluqçu Şahin Qulieyevin anasına göndərilən məktub yayımlanıb. Sözügedən idarənin şöbə rəisi Firuddin Nəbiyev tərəfindən göndərilən cavab məktubunda hərbi qulluqçunun ad soyadı yanlış qeyd edilib. Belə ki, məktubun əvvəlində hərbi qulluqçunun adı düzgün yazılsa da, sonradan o Azər Əliyev kimi təqdim edilib.
Bölməyə aid digər xəbərlər