Dövlət İmtahan Mərkəzi martın 3-də keçiriləcək test imtahanında iştirak etmək üçün qeydiyyatdan keçmiş hakim vəzifəsinə qəbul olmaq istəyən namizədlərə müraciət edib.
DİM-dən Pravda.az-a verilən məlumata görə, hakim vəzifəsinə qəbul olmaq üçün Hakimlərin Seçki Komitəsi tərəfindən qeydiyyata alınmış namizədlər fevralın 15-dən martın 1-dək aşağıda verilmiş keçiddən istifadə etməklə imtahanda iştirak haqqını ödəyə və “İmtahana buraxılış vərəqəsi”ni çap edə bilərlər: https://eservices.dim.gov.az/elimt/hakimtest
Test imtahanı 2021-ci il martın 3-də kompüter vasitəsilə elektron qaydada DİM-in Bakı ş., Nəsimi rayonu, Əbdülvahab Salamzadə küçəsi, 28 (keçmiş Bakı Asiya Universitetinin binası) ünvanında yerləşən binasında 2 növbədə keçiriləcək.
Bölməyə aid digər xəbərlər