15:18 / 15-11-2024
Putin Əliyevə zəng etdi
15:17 / 15-11-2024
Putin Əliyevə zəng etdi
13:04 / 15-11-2024
Yaponiya şahzadəsi öldü
21:11 / 14-11-2024
Paşinyan yeni imicdə - Video
16:40 / 14-11-2024
Aşıq Namiqə ağır itki
Şəhla Hümbətovanın vəkilliyinə xitam verildi

Şəhla Hümbətovanın vəkilliyinə xitam verildi

Vəkil Şəhla Hümbətovanın vəkilliyinə xitam verilib.

Bu barədə onun vəkili Elçin Sadıqov bildirilib.

O deyib ki, Bakı İnzibati Məhkəməsi Vəkillər Kollegiyasının (VK) Şəhla Hümbətovanın vəkilliyinə xitam verilməsi ilə bağlı iddiasına baxıb.


Məhkəmə Kollegiyanın iddiasını təmin edib.

E.Sadıqovun sözlərinə görə, VK məhkəməyə müraciətində bildirib ki, Ş.Hümbətova 6 aydan çox üzvlük haqqını ödəməyib:

“Buna görə də Şəhla Hümbətovanın Kollegiyadakı fəaliyyətinin dayandırılması üçün məhkəməyə müraciət edilib. Əslində isə üzvlük haqqının ödənilməməsi ilə bağlı müvəkkilimə məlumat verilməyib. Vəkillər Kollegiyasının çıxardığı qərardan 2 gün sonra isə Şəhla Hümbətova üzvlük haqqını tam ödəyib”.


E.Sadıqov qeyd edib ki, Bakı İnzibati Məhkəməsinin çıxardığı qərardan apellyasiya şikayəti veriləcək.Report

Tarix: 5-03-2021, 13:54 Oxunub: 140


Bölməyə aid digər xəbərlər