15:18 / 15-11-2024
Putin Əliyevə zəng etdi
15:17 / 15-11-2024
Putin Əliyevə zəng etdi
13:04 / 15-11-2024
Yaponiya şahzadəsi öldü
21:11 / 14-11-2024
Paşinyan yeni imicdə - Video
16:40 / 14-11-2024
Aşıq Namiqə ağır itki
Taleh Qaraşov və prokuror ikinci dəfə peyvənd olundu - FOTOLAR

Taleh Qaraşov və prokuror ikinci dəfə peyvənd olundu - FOTOLAR

Respublikamızın hər yerində olduğu kimi, Lənkəranda da Nazirlər Kabinetinin 2021-ci il 16 yanvar tarixli Sərəncamı ilə təsdiq edilmiş "Azərbaycan Respublikasında COVID-19 xəstəliyi əleyhinə 2021-2022-ci illər üçün Vaksinasiya Strategiyası”na uyğun olaraq COVID-19 infeksiyasına qarşı mübarizə məqsədilə əhalinin peyvənd olunması prosesi müvəffəqiyyətlə davam etməkdədir. Əsas məqsəd ölkəmizdə yayılmış koronavirus pandemiyasının qarşısının alınmasına, virusa yoluxma və ölüm səviyyəsinin aşağı salınmasına nail olmaqdan ibarətdir.

GununNebzi.az xəbər verir ki, hazırda rayonda yaşı 50-65 və 65-dən yuxarı olan vətəndaşların peyvəndlənməsi, həmçinin ikinci doza vaksinin vurulması prosesi aparılır.

Martın 18-də Lənkəran Şəhər İcra Hakimiyyətinin başçısı Taleh Qaraşov və rayon prokuroru Taryel Ələkbərov Mərkəzi Rayon Xəstəxanasında COVID-19 əleyhinə ikinci dəfə peyvənd olunublar. Vaksinasiyadan sonra İcra başçısı sakinlərlə səmimi söhbət edib. Söhbət zamanı vətəndaşlar pandemiya ilə mübarizə sahəsində görülümüş tədbirlərə, ölkədə vaksinləşmə prosesinin düzgün təşkilinə görə İcra başçısından onların adından Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban Əliyevaya minnətdarlıqlarını çatdırmağı xahiş ediblər.

T.Qaraşov vaksinasiya kampaniyasından heç kimin kənarda qalmamasının hər bir vətəndaşın, ailə üzvünün sağlamlığı üçün mühüm şərt olduğunu qeyd edərək, hamını bu prosesdə fəal iştirak etməyə çağırıb.

Məlumat üçün bildirək ki, əhalinin COVID-19-a qarşı vaksinasiya prosesini uğurla başa çatdırmaqdan ötrü Lənkəran Mərkəzi Rayon Xəstəxanasında lazımi şərait yaradılıb. Bu məqsədlə ayrılmış xüsusi otaqlar TƏBİB-in təlimatlarına uyğun zəruri avadanlıqlarla təchiz edilib.

Onu da qeyd edək ki, indiyə kimi Lənkəran rayonu üzrə 12000-nə yaxın vətəndaş COVİD-19 əleyhinə peyvənd olunub. 3000 nəfərdə isə koronavirus infeksiyasına qarşı ikinci doza peyvəndləmə aparılıb.
Taleh Qaraşov və prokuror ikinci dəfə peyvənd olundu - FOTOLAR
Taleh Qaraşov və prokuror ikinci dəfə peyvənd olundu - FOTOLAR
Taleh Qaraşov və prokuror ikinci dəfə peyvənd olundu - FOTOLAR

Unikal.org

Tarix: 18-03-2021, 15:06 Oxunub: 322


Bölməyə aid digər xəbərlər