20:10 / 16-11-2024
Paşinyan Trampa zəng etdi
10:53 / 16-11-2024
APA-nın 20 illik yubileyidir
15:18 / 15-11-2024
Putin Əliyevə zəng etdi
15:17 / 15-11-2024
Putin Əliyevə zəng etdi
13:04 / 15-11-2024
Yaponiya şahzadəsi öldü
“Dünyada SARS-COV-2 virusunun 3 variantı müşahidə edilir” - Yaqut Qarayeva

“Dünyada SARS-COV-2 virusunun 3 variantı müşahidə edilir” - Yaqut Qarayeva

“Dünyada hazırda SARS-COV-2 virusunun 3 variantı müşahidə edilir. Bunlardan biri də Britaniya ştammıdır”.

GununNebzi.az-ın məlumatına görə, bunu Nazirlər Kabineti yanında Operativ Qərargahın bu gün keçirilən brifinqində Tibbi Ərazi Bölmələrinin İdarəetmə Birliyinin (TƏBİB) xəstəliklərin profilaktikası və kontrolu departamentinin müdiri Yaqut Qarayeva deyib.

O bildirib ki, virusların hamısında mutasiyalar baş verir: “Qrip xəstəliyinə qarşı hər il yeni peyvənd istehsal olunur. Bu da qrip virusunda cürbəcür mutasiyaların baş verməsilə bağlıdır. Bu, normaldır. Bizi maraqlandıran baş verən mutasiyanın xəstəliyin gedişinə və yoluxmaya təsiridir. Britaniya ştammı daha əvvəlki mutasiyalardan fərqli olaraq, daha çox yayılır. Bütün dünyada bu ştammın yayılması çox sürətlə baş verir. Ona görə də bu ştamm aşkarlanan ölkələrdə bəzi məhdudiyyətlərə gedilir. Bundan başqa, Braziliyada və Cənubi Afrikada da mutasiyalar aşkarlanıb. Onların da xəstəliyin gedişinə təsiri araşdırılır”.

Tarix: 19-03-2021, 16:50 Oxunub: 230


Bölməyə aid digər xəbərlər
19-03-2021, 16:45 TƏBİB-dən AÇIQLAMA