23:06 / 20-11-2024
Hərbi qulluqçumuz vəfat etdi
"İşğaldan azad olunan ərazilərdə 40-a yaxın mülki şəxs minaya düşüb"

"İşğaldan azad olunan ərazilərdə 40-a yaxın mülki şəxs minaya düşüb"

“ hərbi birləşmələrinin Azərbaycanla dövlət sərhədləri boyunca və Qarabağda törətdiyi təxribatlara cavab olaraq başlayan müharibə nəticəsində 44 gün ərzində azad edilən Azərbaycan əraziləri ciddi şəkildə mina problemi ilə üz-üzə qalıb”.

GununNebzi.az xəbər verir ki, bunu BMT-nin İqtisadi-Sosial Şurasının Əsas Məşvərətçi Statuslu üzvü olan Beynəlxalq Avrasiya Mətbuat Fondunun prezidenti Umud Mirzəyev bu gün keçirdiyi mətbuat konfransında deyib.

Onun sözlərinə görə, son 4 ay ərzində 40-a yaxın mülki şəxs işğaldan azad olunmuş ərazilərə, öz dədə-baba torpaqlarına, əvvəllər yaşadıqları ərazilərə, məzarlıqlara səfər edərkən minaya düşərək həlak olub və ya ağır yaralanıblar: “Erməni tərəfi etimad mühitinin yaradılmasına adekvat münasibət sərgiləmədən, mülki-humanitar hüququn prinsiplərini kobud şəkildə pozaraq minalanmış ərazilərin xəritələrini Azərbaycan tərəfinə verməkdən imtina edir. Bu da 1949-cu ildə qəbul edilmiş Cenevrə konvensiyasına və 1977-ci ildə əlavə edilmiş protokollara kobud şəkildə ziddir”.

Tarix: 25-03-2021, 15:54 Oxunub: 136


Bölməyə aid digər xəbərlər
12-03-2021, 20:08 Ombudsman bəyanat yaydı