21:16 / 25-11-2024
Ədalət Verdiyev həbs edildi
21:47 / 24-11-2024
Bu da xatirə - Fotosu
02:07 / 24-11-2024
Çingiz Şəfiyev vəfat etdi
02:04 / 24-11-2024
Prezidentdən daha bir FƏRMAN
Bakıda toy keçirilən restoran aşkarlandı - VİDEO

Bakıda toy keçirilən restoran aşkarlandı - VİDEO

Paytaxtın Nizami rayonunda xüsusi karantin rejim qaydalarına əməl edilməyən restoranların birində toy mərasiminin keçirilməsi aşkalanıb.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətindən verilən məlumata görə, polis əməkdaşları tərəfindən keçirilən tədbirlərlə sanitariya-gigiyena və karantin rejim qaydalarını pozan obyektin sahibi, xidmət personalı, mərasimin təşkilatçıları və iştirakçıları barəsində qanunvericiliyə uyğun olaraq müvafiq tədbirlər görülüb.

Onlarla profilaktik söhbətlər aparılıb, xüsusi karantin rejim qaydalarına əməl etməyin vacibliyi diqqətə çatdırılıb.

Ümumilikdə 35 nəfər barəsində İnzibati Xətalar Məcəlləsinin 211-ci maddəsi (Epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimlərinin pozulması) ilə protokol tərtib edilib.

Toy sahiblərinin hər biri 400 manat, mərasiminin təşkilinə şərait yaradan restoranın müdiri barəsidə 4000 manat məbləğində inzibati tənbeh tədbiri tətbiq olunub. Restoranın inzibatçısı barəsində toplanmış material isə Nizami rayon Məhkəməsinə göndərilib.

Tarix: 30-03-2021, 15:36 Oxunub: 200


Bölməyə aid digər xəbərlər