01:09 / 08-11-2024
FED uçot dərəcəsini endirib
00:17 / 08-11-2024
Putin Trampı təbrik etdi
00:15 / 08-11-2024
Şuşa 4 ildir ki, azaddır...
18:46 / 07-11-2024
AZCON yaradıldı
Qazi narazılığını bildirəndən sonra nazirlik hərəkətə keçdi

Qazi narazılığını bildirəndən sonra nazirlik hərəkətə keçdi

Şuşanın zəfər xəbərini müalicə aldığı xəstəxananın pəncərəsindən alqışlaması ilə məşhurlaşan Vətən müharibəsi qazisi Sahil Həsənli yüksək texnologiyalı protezlə təmin olunacaq. Müəssisədə bir qolu amputasiya olunan protezin hazırlanması üçün ondan ölçülər götürülüb.

GununNebzi.az xəbər verir ki, bir neçə gün öncə qolundan amputasiya olunan, aldığı zədələrdən gözünü itirmək üzrə olan qazi S.Həsənli ona təyin olunan əlillik dərəcəsinin adekvat olmadığını, ona mənzil verilmədiyini və işlə təmin olunmadığını bildirmişdi.

S.Həsənli iddia etmişdi ki, əslində müharibədə aldığı zədələr sənədlərində qeyd olunandan daha artıqdır. Qazinin şikayəti ictimailəşəndən sonra Əmək və Əhalinin Sosial Müdafiəsi nazirliyi hərəkətə keçib.

Görünən odur ki, qazi narazılığını ictimai şəkildə ifadə edəndən, məsələ böyüyəndən sonra nazirlik qazinin problemini həll etmək qərarına gəlib.

Tarix: 21-04-2021, 19:08 Oxunub: 320


Bölməyə aid digər xəbərlər