Şəkidə karantin rejimini pozan kafe aşkar edilib.
gununnebzi.az Bununla bağlı Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətinin Şəki regional qrupu məlumat yayıb.
Bildirilib ki, Nazirlər Kabineti yanında operativ qərargah tərəfindən qəbul edilən xüsusi karantin rejimi qaydalarının təmin olunması istiqamətində Şəki Şəhər Rayon Polis Şöbəsinin (RPŞ) əməkdaşları tərəfindən tədbirlər davam etdirilir.
Polis Şöbəsinin əməkdaşları tərəfindən rayon ərazisində xidmət aparılan zaman şəhərin Bağbanlar küçəsində karantin rejiminə əməl etməyərək işləyən kafe aşkar edilib və qaydalara əsasən, iaşə müəssisəsinin fəaliyyəti dayandırılıb.
Həmin kafeni işlədən şəxs barəsində İnzibati Xətalar Məcəlləsinin müvafiq maddələri ilə protokol tərtib olunub.
Bu istiqamətdə tədbirlər karantin rejimi müddətində davam etdiriləcək.
Bölməyə aid digər xəbərlər