23:06 / 20-11-2024
Hərbi qulluqçumuz vəfat etdi
Gəncə Hava Limanı uçuşları bərpa etdi

Gəncə Hava Limanı uçuşları bərpa etdi

Gəncədə koronavirus pandemiyası səbəbindən fəaliyyətini dayandıran Beynəlxalq Hava Limanının fəaliyyəti bərpa edilib.

GununNebzi.az-ın məlumatına görə, aeroportdan ilk reys ötən gün Gəncə-Moskva marşrutu üzrə həyata keçirilib. Bu gün isə Türkiyənin İstanbul şəhərinə uçuş başlayıb. Sabah Gəncədən Rusiyanın Sankt-Peterburq şəhərinə uçuş nəzərdə tutulub.

Aeroportdan bildirilib ki, Hava Limanında sərnişinlərin yoxlanılması üçün tibb məntəqəsi yaradılıb. Hava Limanına daxil olunan sərnişinlər tibb işçiləri tərəfindən pandemiya qaydalarına uyğun olaraq, ara məsafəsi gözlənilməklə müayinə olunurlar. Həmçinin maska və dezinfeksiyaedici vasitələrdən istifadə nəzarətdə saxlanılır.

Gəncə Beynəlxalq Hava Limanından Gəncə-Moskva reysi həftənin cümə günləri saat 14:30-da yerinə yetirilir. Gəncə-İstanbul istiqamətində uçuşlar həftədə iki dəfə - çərşənbə axşamı və şənbə günləri saat 08:35-də həyata keçiriləcək. Gəncədən Rusiyanın Sankt-Peterburq şəhərinə isə uçuşlar hər həftənin çərşənbə axşamı saat 12:05-də olacaq.

Qeyd edək ki, Gəncə Beynəlxalq Hava Limanında pandemiya səbəbindən ötən ilin martından uçuşlar dayandırılmışdı.


(Unikal.org)

Tarix: 15-05-2021, 11:44 Oxunub: 243


Bölməyə aid digər xəbərlər