02:07 / 24-11-2024
Çingiz Şəfiyev vəfat etdi
02:04 / 24-11-2024
Prezidentdən daha bir FƏRMAN
Azərbaycanda insanın ölüm anının müəyyən edilməsi qaydası dəyişir

Azərbaycanda insanın ölüm anının müəyyən edilməsi qaydası dəyişir


“İnsanın ölüm anının müəyyən edilməsi, reanimasiya tədbirlərinin dayandırılması meyarları və qaydası”nda dəyişiklik edilib.

GununNebzi.az
xəbər verir ki, bununla bağlı Səhiyyə Nazirliyinin Kollegiyası qərar qəbul edib.

Yeni qərarla insan ölümü kliniki və beyin ölümündən sonra bioloji ölümlə başa çatacaq. Bundan başqa, qərara yeni bənd əlavə edilib. Belə ki, meyitdən transplantasiya məqsədi ilə insan orqanlarının və toxumalarının götürülməsi zamanı bioloji ölüm və ya beyin ölümünün baş verməsi barədə qərar “İnsan orqan və toxumalarının donorluğu və transplantasiyası haqqında” qanunun 25.1-ci maddəsinə uyğun olaraq həkim konsiliumu tərəfindən qəbul ediləcək.

“İnsan orqan və toxumalarının donorluğu və transplantasiyası haqqında” qanuna əsasən, donorun ölüm anının təsdiqində həkim-transplantoloqun və transplantasiya üzrə koordinatorun iştirakı qadağandır.

Qərar 2022-ci ilin yanvarın 1-dən qüvvəyə minəcək.

(Unikal.org)

Tarix: 1-06-2021, 16:21 Oxunub: 157


Bölməyə aid digər xəbərlər