21:16 / 25-11-2024
Ədalət Verdiyev həbs edildi
21:47 / 24-11-2024
Bu da xatirə - Fotosu
02:07 / 24-11-2024
Çingiz Şəfiyev vəfat etdi
02:04 / 24-11-2024
Prezidentdən daha bir FƏRMAN
Şadlıq saraylarında kondisionerlərin işlədilməsi məsələsinə aydınlıq gətirildi

Şadlıq saraylarında kondisionerlərin işlədilməsi məsələsinə aydınlıq gətirildi

Son günlərdə şənlik mərasimlərinin keçirildiyi məkanlarda kondisioner və havalandırma sistemlərin işləyib-işləməyəcəyi geniş müzakirə mövzusudur.

Qida Təhlükəsizliyi Agentliyindən verilən məlumata görə, Nazirlər Kabinetinin qəbul etdiyi qərara əsasən 50 nəfərə qədər şəxsin iştirakı ilə təşkil olunan şənlik mərasimləri “İctimai iaşə müəssisələrində koronavirus infeksiyasının (COVID-19) profilaktikasına dair Metodiki Göstərişlər”ə uyğun olaraq tənzimlənir. Əlavə olaraq, 50 nəfərdən 150 nəfərə qədər olan şənlik mərasimlərinin keçirilməsi ilə bağlı əlavə metodiki göstərişlər təsdiq olunaraq yaxın günlərdə ictimaiyyətin diqqətinə çatdırılacaqdır. Bildirmək istərdik ki, sözügedən göstərişlərdə kondisionerlərə və havalandırma sistemlərinə dair heç bir məhdudiyyət müəyyən edilməyib.

Qaldırılan digər məsələlərdən biri də fərdi yaşayış evlərinin həyətlərində keçirilən şənlik mərasimləri ilə bağlıdır. AQTA bununla bağlı bildirir ki, həyətlərdə, bağ yerlərində şənlik mərasimlərinin keçirilməsinə yalnız “İctimai iaşə müəssisələrində koronavirus infeksiyasının (COVID-19) profilaktikasına dair Metodiki Göstərişlər”də müəyyən olunmuş tələblərə riayət edildiyi və qonaq sayı 50 nəfərə qədər olduğu halda icazə verilir.

Tarix: 24-06-2021, 18:36 Oxunub: 176


Bölməyə aid digər xəbərlər