15:37 / 26-11-2024
Bu hakimlər ezam edildi - Foto
21:16 / 25-11-2024
Ədalət Verdiyev həbs edildi
21:47 / 24-11-2024
Bu da xatirə - Fotosu
Sənan Hacıyev də Mülki Məcəlləyə ediləcək dəyişiklikdən danışıb

Sənan Hacıyev də Mülki Məcəlləyə ediləcək dəyişiklikdən danışıb

Ali Məhkəmənin Mülki Kollegiyasının sədri Sənan Hacıyev Mülki Prosessual Məcəllənin 174.5-ci maddəsinə təklif edilən dəyişiklərlə bağlı gedən müzakirələrə münasibət bildirib.

GununNebzi.az
xəbər verir ki, o jurnalistlərə açıqlamasında qeyd edib ki, Mülki Prosessual Məcəlləyə təklif edilən yeni - 174.5-ci maddəyə əsasən, məhkəmə açıq-aşkar əsassız vəsatət və şikayətlər verən, yaxud işə düzgün və tezliklə baxılmasına və onun həll edilməsinə aşkar surətdə maneçilik törədən tərəfi, onun nümayəndəsini və ya vəkilini 500 manatadək cərimə edə bilər: "Əsas məqsəd süründürməçiliyin və əsassız vəsatətlərlə işin uzadılmasına nailolma hallarının qarşısının alınmasıdır.

Hazırda qüvvədə olan Mülki Prosessual Məcəllənin 172-ci maddəsində də bu halla bağlı indiyə qədər ağlabatan məbləğdə cərimələnmə nəzərdə tutulmuşdu. Layihədə də yenə ağlabatan həddin müəyyən olunması əksini tapıb. Bu, sırf prosesə nizam-intizamlı, qanunvericilikdə nəzərdə tutulmuş müddətdə baxmaq üçün nəzərdə tutulub”.

Tarix: 25-06-2021, 16:42 Oxunub: 150


Bölməyə aid digər xəbərlər