15:18 / 15-11-2024
Putin Əliyevə zəng etdi
15:17 / 15-11-2024
Putin Əliyevə zəng etdi
13:04 / 15-11-2024
Yaponiya şahzadəsi öldü
21:11 / 14-11-2024
Paşinyan yeni imicdə - Video
16:40 / 14-11-2024
Aşıq Namiqə ağır itki
DİN pişiyə işgəncə verən şəxslə bağlı araşdırmaya başladı

DİN pişiyə işgəncə verən şəxslə bağlı araşdırmaya başladı

Azərbaycanda pişiyə isgəncə verərək bunu videoya çəkib sosial şəbəkədə paylaşan şəxslə bağlı araşdırmalara başlanılıb.

DİN Mətbuat xidmətindən verilən məlumata görə, həmin videogörüntülərlə bağlı araşdırma aparılır: “Araşdırmanın nəticəsindən asılı olaraq məsələyə hüquqi qiymət veriləcək”.

Xatırladaq ki, Beyrək Mirzəyev adlı şəxs pişiyin tüklərini yolub, daha sonra onu suda boğmağa çalışmaqla işgəncələr verib. Bunun ardınca isə ironik olaraq guya pişiyə işgəncə verdiyi üçün gözlərinin kor olduğunu bildirərək videolar yayımlayıb. Onun bu hərəkəti ictimaiyyət tərəfindən kəskin tənqid olunub və əməllərinə görə hüquqi olaraq cəzalandırılması tələb edilib.

İlkin yayılan informasiyada həmin şəxsin SOCAR-ın işçisi olduğu bildirilsə də, qurumun sözçüsü İbrahim Əhmədov bunu təkzib edib. Deyib ki, bununla bağlı araşdırma aparılıb və həmin şəxsin SOCAR-ın strukturunda işləmədiyi məlum olub.

Tarix: 30-06-2021, 12:43 Oxunub: 111


Bölməyə aid digər xəbərlər