Planetin ekosistemləri təhlükə ilə üzləşib.
“Nature” jurnalında verilən məlumata əsasən, Böyük Britaniya, ABŞ və Cənubi Afrikadan olan alimlər iqlim dəyişikliyinin bir neçə ssenarisini modelləşdiriblər.
Tədqiqatçılar xəbərdarlıq edirlər ki, 2040-cı ilə qədər fəlakət bütün dünyanı bürüyəcək.
Ekspertlər əmindirlər ki, atmosferə tullantıların atılması cari templə davam etdiyi təqdirdə, 30 min növ quş, məməli, sürünən və balıqların 73 faizinin nəsli kəsilə bilər.
Okeanın tropik zonalarının biosistemləri xüsusilə həssasdır. Artıq cari onillikdə onlar bərpaolunmaz dəyişikliklərlə üzləşəcəklər. Bütün dəniz heyvanlarının dörddə birinin yaşadığı mərcan rifləri məhv olacaq.
Dörd dərəcəyədək istiləşmə isə heyvanların 15 faizinə öldürücü təsir göstərə bilər.
Bölməyə aid digər xəbərlər